image-qanunla-reklam
image-1696308095_rian_423102-hr-pic905-895x505-78403

SSRİ-nin eks-baş naziri 94 yaşında vəzifəsindən istefa verdi

image-lady-day-az

SSRİ-nin keçmiş baş naziri Nikolay Rıjkov Belqorod vilayətinin senatoru vəzifəsindən erkən istefa verib. 

“Saat24.az” rus mətbuatına istinadən xəbər verir ki, Nikolay Rıjkovun 94 yaşı var və onun səlahiyyətlərinə sentyabrın 25-də vaxtından əvvəl xitam verilib. Müvafiq qərar Rusiya Federasiya Şurasının rəsmi saytında dərc olunub.

Məlumata görə, Nikolay Rıjkov 2003-cü ildən parlamentin yuxarı palatasının üzvüdür.

Bildirilir ki, Nikolay Rıjkov 1929-cu ildə Donetsk vilayətində mədənçi ailəsində anadan olub. O, 1985-1990-cı illərdə SSRİ Nazirlər Sovetinin sədri vəzifəsini icra edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki