image-qanunla-reklam
image-bez-nazvaniya

SOCAR-ı korrupsiya yuvasına çevirən kimdir?

image-lady-day-az

Məmur özbaşınalığı, harınlamış məmurlar probleminə qarşı nə qədər mübarizə aparılsa da bu bəla yenə də qalmaqdadır.Korrupsiya vəzifəli şəxsin ona verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə hallarıdır. Bu zaman vəzifəli şəxs tutduğu mövqenin verdiyi imkanlardan və imtiyazlardan istifadə edərək maddi maraq müqabilində qaydaları kiminsə xeyrinə pozur. Ona görə korrupsiya dedikdə ancaq və ancaq vəzifədə olanlardan söhbət gedir.

Azərbaycanda SOCAR şirkətinin  adının hansısa məmur-oliqarxla, əlaqələndirilməsinə artıq çoxdan adət etmişik.

image-1659720581_soc

Söhbət SOCAR-ın Təchizat İdarəsinin rəis müavini Fuad Həziyevdən gedir.Ona da adət etmişik ki, ölkədə keçirilən tenderlərin böyük hissəsinin qalibi də məhz Fuad Həziyevin nəzarətində olan MMC-lərdir. Fuad  Həziyev bu MMC-ləri vəzifəsindən sui-istifad etməklə qurub. Belə ki, məmur olmasına baxmayaraq, istər işlədiyi qurumda, istərsə də biznes fəaliyyətində Fuad Həziyev geniş maddi imkanlara və əlaqələrə sahiblənib.”Biznes Kralı” ”Tender Kralı” kimi tanınan Fuad Həziyevin qanunsuz əməlləri barədə saytımızda genış məlumat vermişik.

Linkə daxil olub Fuad Həziyev barəsində geniş məlumata sahib ola bilərsiniz:

https://www.qanunla.az/socar-in-idare-reisinin-korrupsiya-emelleri-davam-edir/

https://www.qanunla.az/tonlarla-unun-hara-getdiyi-mueyyenlesdi-socar-in-idare-reisinin-muavininin-milyonluq-spirt-biznesi/

https://www.qanunla.az/fuad-heziyev-kimdir-biznes-krali-tender-krali-yoxsa-socar-in-techizat-idaresinin-reis-muavini/

Elə hesab edirlər ki, onlar hər cür davranışlara, hər cür qanunsuzluqlara yol vermək haqqına sahibdirlər. Ölkə başçısı dəfələrlə bəyan edib ki, heç bir məmur xüsusi imtiyazlara malik deyil, heç kim qanunlardan üstün deyil.

Maraqlıdır korrupsiyaya bulaşmış adı ”Biznes Kralı” ”Tender Kralı” kimi dillərdən düşməyən Fuad Həziyev haqqında SOCAR rəhbərliyi nədən ciddi ölçü götürmür?

Kimdir bu adamın himayədarı?

Hesab edirik ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu şəxsin sahib olduqları hüdudsuz biznes şəbəkələrini araşdırmalı, dövlətdən oğurlanan külli miqdarda pullar büdcəyə yönəldilməlidir.

Mövzuya qayıdacağıq

Qanunla.Az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki