image-qanunla-reklam
image-img_20221120_174203

SOCAR “Azəriqaz” İB tərəfindən qazi ailələrinin müraciəti təmin edilib-VİDEO

image-lady-day-az

SOCAR “Azəriqaz” İB tərəfindən qazi ailələrinin müraciəti təmin edilib.

SOCAR “Azəriqaz” İstehsalat Birliyi şəhid ailəsi, müharibə veteranı, qazi və bu kimi statusa malik vətəndaşların qayğılarına hər zaman xüsusi həssaslıqla yanaşır.

Qanunla.Az xəbər verir ki, bu istiqamətdə atılan addımlardan biri də Vətən müharibəsi qazisi Ozal Mustafazadənin anasının Birliyə etdiyi müraciətin qısa vaxt ərzində həll edilməsi olub. Daha dəqiq Ağstafa rayonu, Qıraq Kəsəmən kəndinin sakini qazi anası Hürü Mustafayeva quruma fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı müraciət ünvanlayıb. Qazi ailəsinin bu istəyi Birlik tərəfindən yerinə yetirilib. Fərdi yaşayış evinə qaz xətti çəkilərək sayğac quraşdırılıb. Qıraq Kəsəmən kənd sakini digər Vətən müharibəsi qazisi Elmin Məmmədlinin də ailəsinin müraciəti SOCAR “Azəriqaz” İstehsalat Birliyin tərəfindən həllini tapıb. Qazinin istəyi əsasında fərdi yaşayış evinə qaz xətti çəkilərək sayğac quraşdırılıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki