image-qanunla-reklam
image-1702027365

Siyasi iradəni əks etdirən önəmli bəyanat

image-lady-day-az

Siyasi iradəni əks etdirən önəmli bəyanat

Prezident cənab İlham Əliyevin iştirakı ilə dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı əsasında  “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda keçirilən forumda dövlət başçısı İlham Əliyev iştirakçılara tarixi Zəfərimizin reallıqlarından, sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səbəb olan məqamlardan, dünyanın ikili standatlara əsaslanan siyasətinin yaratdığı problemlərdən geniş bəhs etdi: “Bildirildi ki, Fransa və Hindistan Ermənistanı silahlandırmaqla tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar. Sülh müqaviləsinin imzalanmasına gəldikdə isə belə bir çağırış da səsləndirildi ki, Ermənistanla Azərbaycan arasında daha müharibə olmayacağına, Ermənistanın vəziyyətlə tam razılaşdığına və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini həqiqətən nəzərdə tutduğuna dair zəmanətimiz olmalıdır. Onlar keçmiş “Dağlıq Qarabağ respublikası”nı unutmalı, sərhədin delimitasiyası məsələsində konstruktiv olmalıdırlar. Əsl sülh məhz budur.

Ümumiyyətlə dövlət başçısı İlham Əliyevin iştirakı ilə keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir bütün sahələrdə mövcud imkanlarımızın təqdimatında, günün aktual məsələləri ətrafında mövqenin nümayiş olunmasında, bir sözlə, Azərbaycanla bağlı həqiqətlərin öyrənilməsində zəngin mənbədir: “Türk dünyasının birliyinin prioritetliyi məsələsinə bir daha diqqət yönəldildi. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılmasına Azərbaycanın töhfələri təqdir olundu. Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq nüfuzunun göstəricilərindən biri kimi dövlət başçımızın son zamanlar fəxri qonaq qismində dəvət olunduğu tədbirlərin  böyük çoxluq təşkil etdiyi bildirildi. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanın yaratdığı yeni reallıqlar regionda böyük dəyişikliklərə, dünya siyasətində yeniliklərə yol açır.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Əgər Ermənistan hesab edir ki, bizə sülh onlardan çox lazımdır, onlar yanılırlar

Qırx dörd günlük müharibədən sonra 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə Bəyanatı imzalansa da tərəflər arasında bu günə kimi yekun sülh sazişinə nail olunmayıb. Çünki Ermənistan götürdüyü öhdəliklərə əməl etməyərək zaman-zaman törətdiyi təxribatlarla iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını ləngidib.

Əslində 2020-ci il noyabrın 10-da və 2021- ci il yanvarın 11-də imzalanan sənədlər bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını əhatə edir. Razılaşmanın məzmunu Ermənistan və Azərbaycan arasında Sovet dönəmində yaradılan nəqliyyat əlaqələrinin, ilk növbədə dəmiryol və avtomobil nəqliyyatı əlaqələrinin bərpa edilməsini nəzərdə tutur. Buna uyğun olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizi qurulmalı, kommunikasiya xətləri bərpa olunmalı, avtomobil yolunun qurulması və dəmir yolunun inşa edilməsi kimi məsələlər həll edilməlidir.

Çox təəssüf ki, Ermənistan öz öhdəliklərini pozaraq hələ də destruktiv addımlar atmaqda davam edir. Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı bir daha vurğulayıb ki, Ermənistan öz öhdəliklərini yerinə yetirmir: “Mən Ermənistanın baş nazirindən dəfələrlə soruşmuşam ki, onlar nəyə görə üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər? Doqquzuncu maddəyə uyğun olaraq, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqə yaradılmalıdır. Orada, həmçinin qeyd olunub ki, nəzarəti kim təmin edəcək və Paşinyanın özü bunu imzalayıb. İndi isə bu, artıq mümkün deyil. Nə həmin marşrut var, nə də Rusiyanın iştirakı. Yəni, əslində, bu, hüquqi baxımdan artıq qüvvəsini də itirmiş kimidir. Çünki öhdəlik var, amma onlar öhdəliyi yerinə yetirmirlər”.

Ermənistanın bu yanaşmasından sonra Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqə yaradılması, Naxçıvan vasitəsilə Türkiyəyə çıxışın əldə edilməsi üzərində düşündüyünü və bununla bağlı İran tərəfi ilə keçidin inşası üçün razılığa gəlindiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, Ağbənd kəndində avtomobil nəqliyyatı üçün körpünün təməlqoyma mərasimi keçirilib: “Sonra dəmir yolu nəqliyyatı üçün körpü olacaq. Yəni, burada Ermənistan çox şey itirir. Bu, nəinki Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantını təmin edəcək, əslində, beynəlxalq daşımalar dəhlizinə çevriləcək. Bu o deməkdir ki, Azərbaycan ilə Türkiyə arasında bağlantı yaradılır. Ermənistan özünü bundan məhrum etdi, həmçinin Azərbaycanla bütün digər kommunikasiyaların açılmasından məhrum edir”.

Əslində bu dəhliz mühüm bir layihə olaraq böyük strateji əhəmiyyət kəsb edir. Təxminən 30 illik fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan iqtisadi, və siyasi məqsədlərinin daha sürətlə reallaşmasına yol Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq. Bu da Azərabycanın strateji, açacaq. Ölkəmizin başçısı qeyd edib ki, Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil: “Ermənistanın hazırda iki variantı var. Birincisi, öz xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik məsafədə dəmir yolu çəksinlər. Biz bunu, əslində, onların suveren ərazisi hesab edirik və suverenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil. Bu, bizim legitim hüququmuzdur”.

Bütün bunların Ermənistan Qərbdəki yeni qeyri-səmimi “böyük qardaşlarının”, “bacılarının” felinə uyaraq dekonstruktiv hərəkətlərinə, özünütəcridetmə siyasətinə son qoymalı, regionda davamlı sülhün bərqərar olması üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək kommunikasiyaların açılmasına şərait yaratmalıdır.

 Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri.

 

 

Siyasi fəaliyyətin strateji prioriteti.

Dekabrın 6-da Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı əsasında  “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forum keçirildi. Forumun əhəmiyyəti, dövlət başçısı İlham Əliyevin tədbirdəki çıxışı hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Artıq tarixi Zəfərimizdən sonra belə forumların və konfransların keçirilməsi ənənə halını alıb. Bu mühüm addım ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən yerini və rolunu, yürütdüyü siyasətin uğurlarını təqdim edir. Azərbaycan hər zaman sabitlik məkanı kimi dəyərləndirilir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu beynəlxalq konfranslara, forumlara verilən önəm tədbirlərə qatılan iştirakçıların ildən-ilə artan say tərkibindən də aydın görünür. Yeni-yeni hədəflərə doğru inamla addımlayan Azərbaycan, həmçinin innovasiyalar ölkəsi kimi diqqətdədir. Hazırda dünya ölkəmizin işğaldan azad edilmiş ərazilərimizdə apardığı genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda zəngin şəhərsalma təcrübəsinin şahidinə çevrilir.

ADA Universitetində ənənəvi keçirilən beynəlxalq tədbirlər Azərbaycanın ümumilikdə regionun gələcəyinə yönələn təşəbbüslərinə, birgə addımların atılmasını zərurətə çevirən hədəflərə işıq salır: “Ötən il ADA Universitetində dövlət başçısı İlham Əliyevin iştirakı ilə “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirildi. Bu ilin may ayında Şuşa ADA Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransa ev sahibliyi etdi. Konfransın Şuşada keçirilməsi  erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətli idi. Dekabrın 6-da keçirilən Forumun iştirakçıları isə bir gün öncə işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edərək burada görülən işlərlə yaxından tanış oldular.  Nəzərə alsaq ki, Foruma 30 ölkədən  60-dan çox nümayəndə qatılmışdı, qeyd edilən səfər bu sayda iştirakçıların vasitəsilə Azərbaycan həqiqətlərinin təbliğində öz sözünü deyəcək.

Hər bir beynəlxalq əhəmiyyətli tədbir ölkəmizin, həmçinin dövlət başçısı İlham Əliyevin şəxsi nüfuzunun təqdimatında əhəmiyyətli rol oynayır: “Forumda   cənab İlham Əliyevə ünvanlanan suallarda bu fikirlər də yer aldı ki, tarix Prezident İlham Əliyevi 2020-ci il Qarabağ müharibəsində qalib gəlmiş Lider kimi xatırlayacaq. Həmin Qələbə bir çox cəhətdən dövlətimizin başçısının  dəst-xəttini müəyyənləşdirdi. Bu fikirlərin davamı olaraq “Bununla belə, görəsən, Siz həm də ölkənizə və Cənubi Qafqaz regionuna sülh gətirən Lider kimi xatırlanmaq istərdinizmi” sualına cavab olaraq Prezident cənab İlham Əliyev bildirdi ki, əraziləri azad etmək mənim siyasi həyatımın əsas məqsədini təşkil edir və  bu məqsədlərə nail olunduğum üçün fəxr edirəm.  Necə xatırlanacağım bir çox amillərdən asılı olacaq. Sülhlə bağlı onu deyə bilərəm ki, biz regiona sülh gətirmişik. Biz sülhü müharibə ilə gətirdik. Bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir.  Minsk qrupunun həmsədrləri münaqişənin hərbi yolla həllinin olmadığını bildirirdilər. Dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, onlar yanılırdılar. Sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki