image-qanunla-reklam
image-1662283790_1001681-1

Şimşək çaxacaq, leysan yağacaq, dolu düşəcək

image-lady-day-az

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 04-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti isti, yağmursuz keçib.

Nazirlikdən Qanunla.Az-a verilən məlumata görə, havanın temperaturu iqlim normasından 7.0° yüksək olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36-40° isti, Naxçıvan MR-da 40°-dək, dağlıq rayonlarda 36-dək° isti, aran rayonlarında 40°-yə yaxın, Hacıqabulda 43°-dək isti olub.

28 gün davam edən isti və quraq havanın şəraitindən sonra ölkə ərazisində havanın dəyişəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında proses sentyabrın 05-i əvvəl şimal küləyinin güclənməsi ilə başlayacaq.

Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s olacaq. Küləkli hava şəraiti 07-si gündüzədək davam edəcək.

Havanın temperaturu tədricən 8-10° aşağı enəcək.

Yağış: 06-sı gündüzdən 08-i səhərədək fasilələrlə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında proses sentyabrın 05-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, 06-dan 08-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Qərb küləyi arabir 18-23 m/s, əsasən Kürvadisi rayonlarda arabir 25-30 m/s olacaq.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki