image-qanunla-reklam
image-16403716992051665036_1000x669

Silahlı qüvvələrimizlə fəxr edirik

image-lady-day-az

Silahlı qüvvələrimizlə fəxr edirik.

 

Ölkəmizin ilk müstəqilliyi dövründə ordu quruculuğu ciddi çətinliklərlə üz-üzə qalmışdı. Məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra bu sahədə ardıcıl dövlət siyasətinin həyata keçirilməsinə başlandı.

Hazırda bu siyasəti inamla davam etdirən ölkə başçısı, Ali Baş Komandanımız İlham Əliyev çox qısa vaxt ərzində Silahlı Qüvvələrin inkişafında həlledici uğurlara imza atıb. Dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğuna böyük diqqət yetirilməsi nəticə etibarilə güclü və döyüşkən bir ordunun yaranmasına səbəb olub. Artıq beynəlxalq hərbi qurumların rəsmiləri də Azərbaycan Ordusunun ən müasir tələblərə cavab verən etibarlı hərbi qurum olduğunu etiraf edirlər.

Bu gün Azərbaycan Silahlı Qüvvələri güclü və yenilməzdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə tariximizə qızıl hərflərlə yazıldı.Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi çox mühüm tədbirlər, ordunun modernləşdirilməsi, maddi – texniki bazasının möhkəmləndirilməsi, müasir silahlarla təchiz edilməsi, əsgər və zabitlərə qayğı və diqqətin artırılması 44 günlük müharibədə öz sözünü dedi və Azərbaycanın Silahlı Qüvvələri, igid oğullarımız döyüşlərdə qəhrəmanlıqlar göstərdilər. Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, silah-sursat təchizatı, komando bölmələri yaradılır.  Elə buna görə də hər birimiz ordumuzla, Ali Baş Komandanımızla, əsgər və zabitlərimizlə fəxr edir, onları alqışlayır və gələcək qələbələrimizə inanırıq.

 

 

Zərdab rayon Həsən bəy Zərdabi

muzeyinin əməkdaşı Dilarə Hacızadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki