image-qanunla-reklam
image-1671441001-63a021029105763a0210291058167143859463a021029105363a0210291055

Sığınacaqda azyaşlı qız şiddətə məruz qalıb?

image-lady-day-az

“Sevgi” Uşaq Sığınacağında saxlanılan uşağın vəziyyəti ağırdır.

“Qanunla.az” xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edib. Kəmalə Ağazadə həmin uşaq sığınacağının qapadılması barədə qərar verildiyini, hələ də istintaq getdiyini qeyd edib. Onun sözlərinə görə, dəfələrlə ona uşağın döyüldüyü barədə məlumat verilib:

“”Totu” ləqəbli uşaq isə ÖLÜR!!! 2 il ərzində görün uşaq nə hala qalıb? Uşağın videosunu paylaşıb kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib,deyib soruşdunuz? Ümumiyyətlə qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür!!! Amma mən faktlara əsaslana bilərəm! Hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür! Yalvarıram, qurtarın bu uşağı! Ölür uşaq.”

DİN Mətbuat xidmətindən bildirib ki, həmin məsələ ilə bağlı polis və prokurorluq orqanlarında araşdırılma aparılıb. Bildirilib ki, aparılmış araşdırma ilə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Hazırda həmin material məhkəmə icraatındadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki