image-qanunla-reklam
image-1702223910-268f538a-8bbc-3a3c-97d6-c0aced9e2309_850

Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir

image-lady-day-az

Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilmişdir. Bu əhəmiyyətli tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin əməkdaşlıq əlaqələrinin yüksək statusunun ifadəsi olduğunu, interkonnektorun fəaliyyətinin ölkələrin sənaye inkişafına böyük töhfə verəcəyini, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalandığını, bu memorandumun səmərəli şəkildə icra edildiyini, bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalı olduğunu, interkonnektorun fəaliyyətinin ölkələrin sənaye inkişafına böyük töhfə verəcəyini və s. bildirdi. Dövlət başçısı görüşdə qeyd etdi ki, keçən il Serbiyaya rəsmi səfər edib: “Bundan sonra Serbiya Prezidenti Azərbaycana səfər edib. Bu gün yenə sizin gözəl ölkənizdəyəm. Bu bir daha onu göstərir ki, Serbiya və Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Biz strateji tərəfdaşıq. Çünki strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk”. Azərbaycan Respublikasının Prezidenti çıxışında Azərbaycanın etibarlı tərəfdaş, dostluq ənənələrinə həmişə sadiq, dostluğu yüksək qiymətləndirən bir dövlət olduğunu, dostluğun, qarşılıqlı anlaşmanın, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələrin bir çox ölkələrin maraqlarını təmin etdiyini xatırlatdı.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

 

Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir.

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər. Prezident cənab İlham Əliyevin düşünülmüş strategiyası Azərbaycanın Avropa və dünya ölkələri arasında reytinqini getdikcə yüksəldir. Respublikamız artıq Avropanın enerji təhlükəsizliyi təminatıda əsas rol oynayan ölkələrdən birinə çevrilib. Azərbaycanın qaz ixracı coğrafiyası da getdikcə genişlənir. Hazırda ölkəmizin təbii qazı səkkiz ölkəyə ixrac edilir. Serbiya isə doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Bir neçə gün əvvəl Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə reallaşan Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcək. Onu da qeyd edək ki, bu layihə uzun illər bundan əvvəl planlaşdırılırdı. Layihənin həyata vəsiqə almasında ölkəmizin önəmli rol oynadığını Serbiyanın mədən və energetika naziri də diqqətə çatdırdı. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycanın rolu olmadan , hətta bir sıra beynəlxalq layihələrin də reallaşdırılmas mümkün deyil.

Azərbaycan dövlətinin milli maraqlara uyğun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz qlobal xarakterli transmilli layihələrin mərkəzinə çevrilmişdir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə reallığa çevrilmir. Azərbaycanın enerji siyasəti Cənubi Qafqazdakı təhlükəsizliyin, inkişafın və gələcəyin təminatçısıdır. Xarici investisiya qoyuluşunun artması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması beynəlxalq çərçivədə əməkdaşlığı daha da dərinləşdirir. Bunun nəticəsidir ki, Azərbaycan dünyanın aparıcı dövlətləri və təşkilatları tərəfindən uğurlu enerji ixracatçısı və təhlükəsizlik qarantı adlandırılır. Qlobal məkanda ölkəmizin siyasi və iqtisadi çəkisi günü-gündən artır, Cənubi Qafqaz və Xəzər dənizi regionunda lider dövlət kimi Azərbaycanla hesablaşılır.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

Azərbaycan və Bolqarıstanı strateji tərəfdaşlıq Sazişi bağlayır.

Son illər həyata keçirilən daxili və xarici siyasətin uğurları Azərbaycanın dünya miqyasındakı nüfuzunu getdikcə artırır. Bu uğurlar siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə özünü açıq şəkildə büruzə verir. Xüsusilə, üç il əvvəl Vətən müharibəsində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulması ölkəmizi dünyada qalib dövlət kimi tanıtdı. Həmin vaxtdan başlayaraq Azərbaycanın sürətli inkişafı artıq dünyanın aparıcı kütləvi informasiya vasitələrinin, televiziya kanallarının da diqqətini cəlb edib. Bugünlərdə Prezident cənab İlham Əliyevin “Euronews” televiziyası ilə yayımlanan müsahibəsi də bunu təsdiqlədi. Televiziyanın əməkdaşının ilk sualını “Avropa yenidənqurma və İnkişaf Bankının hesablamalarına görə, Azərbaycan və Mərkəzi Asiya regionu ölkələri ciddi iqtisadi inkişafa nail olublar” cümləsi ilə başlaması hər birimizdə qürur hissi yaratdı.

Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu getdikcə artır. 2023-cü ilin 10 dekabr tarixində Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə olmaqla yanaşı, eyni zamanda da Azərbaycanın qaz ixracı coğrafiyasını daha da genişləndirir. Hazırda Azərbaycan qazının ixrac olunduğu doqquz ölkədən yeddisi Avropa ölkəsidir. Məlum olduğu kimi, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və hazırda bu memorandum uğurla icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Nəhəng infrastruktur layihə olan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki