image-qanunla-reklam
image-eliyev-cixis-1

Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir

image-lady-day-az

Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir

Azərbaycan və Serbiya arasında əməkdaşlıq ticarət, nəqliyyat-logistika, müdafiə sənayesi və energetika sektoru  kimi sahələri əhatə  edir. Əldə edilmiş razılıqlara əsasən isə bu və digər sahədə əməkdaşlıqlar daha da genişləndiriləcəkdir. Müdafiə sənayesi sahəsi ölkələrimiz arasında perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Həm Serbiyanın, həm də Azərbaycanın bu sahədə müvafiq potensialı var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması gözlənilir. Hər iki ölkənin böyük potensiala malik olduğu sahələrdən biri də nəqliyyat-logistika sahəsidir. Məlum olduğu  kimi Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir. Bu sahədə bağlantının yaradılması üçün hər iki ölkənin müvafiq qurumlarının gördükləri fəal işlər nəticəsində artıq lazimi təmaslar yaranmışdır.

Son vaxtlar Azərbaycan və Serbiya arasında energetika sektorunda əməkdaşlıq məsələsi daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan öz təbii resurslarını artıq Avropa qitəsi, o cümlədən Serbiyaya qonşu olan ölkələr də daxil müxtəlif istiqamətlər üzrə ixrac edir. Azərbaycan və Serbiya arasında həm təbii qaz, həm də elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar vardır. Bununla bağlı ölkələrimiz arasında müvafiq danışıqlar da aparılmışdır. Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək.  Bundan əlavə, Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi oldu. Bu əhəmiyyətli tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin əməkdaşlıq əlaqələrinin yüksək statusunun ifadəsi olduğunu, interkonnektorun fəaliyyətinin ölkələrin sənaye inkişafına böyük töhfə verəcəyini, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalandığını, bu memorandumun səmərəli şəkildə icra edildiyini, bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalı olduğunu, interkonnektorun fəaliyyətinin ölkələrin sənaye inkişafına böyük töhfə verəcəyini bildirdi.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Mühüm layihə

Azərbaycanla ikitərəfli siyasi, mədəni və iqtisadi əlaqələri möhkəmlənən dövlətlərdən biri də  Serbiyadır. Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlıq əlaqələrinin davamlı inkişafının təsdiqidir. Prezidentlərin şəxsi dostluq münasibətləri böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edir. Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi oldu. Bu əhəmiyyətli tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin əməkdaşlıq əlaqələrinin yüksək statusunun ifadəsi olduğunu, interkonnektorun fəaliyyətinin ölkələrin sənaye inkişafına böyük töhfə verəcəyini, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalandığını, bu memorandumun səmərəli şəkildə icra edildiyini, bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalı olduğunu, interkonnektorun fəaliyyətinin ölkələrin sənaye inkişafına böyük töhfə verəcəyini və s. bildirdi.

Azərbaycan Respublikasının Prezidenti çıxışında Azərbaycanın etibarlı tərəfdaş, dostluq ənənələrinə həmişə sadiq, dostluğu yüksək qiymətləndirən bir dövlət olduğunu, dostluğun, qarşılıqlı anlaşmanın, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələrin bir çox ölkələrin maraqlarını təmin etdiyini xatırladaraq dedi: “Biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir”.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Strateji tərəfdaşıq

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Öz növbəsində Serbiya da Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkədir. Belə ki, dövlət başçıları səviyyəsində son illər intensivləşən qarşılıqlı yüksək səviyyəli səfərlər iki ölkə arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün möhkəm zəmin yaradıb. “Azərbaycan-Serbiya əlaqələri ikitərəfli formatla yanaşı çoxtərəfli müstəvidə də uğurla davam etdirilir. Beynəlxalq arenada ölkələrimiz bir-birinin suverenliyi, ərazi bütövlüyünü birmənalı şəkildə qarşılıqlı surətdə dəstəkləyir, beynəlxalq təşkilatlar çərçivəsidə hər iki ölkə tərəfindən irəli sürülən təşəbbüslər nəzərə alınır. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Serbiya dövlətlərinin təmsilçiləri prinsipial məsələlərin həllində birgə mövqe nümayiş etdirirlər. Buna əyani misal kimi Serbiyanın 14 mart 2008-ci il tarixində Azərbaycanın təklif etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında” qətnamə layihəsi ilə əlaqədar BMT Baş Assambleyasında keçirilən səsvermədə məsələnin lehinə mövqe nümayiş etdirməsidir.

Hazırda Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun işə salınması ilə İki ölkə arasında enerji sahəsindəki əməkdaşlıqda yeni imkanlar açılıb. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı missiyasının genişlənməsinin və Avropanın enerji təhlükəsizliyində oynadığı rolun getdikcə artmasının bariz göstəricisidir. Bu gün Azərbaycan qazı Serbiyanın təchizat mənbələrinin şaxələndirilməsi ilə yanaşı, Mərkəzi Avropaya qazın paylanmasında tranzit ölkə kimi Serbiyanın strateji roluna da töhfə verir. Azərbaycan qazı gələcəkdə Serbiya vasitəsilə Mərkəzi Avropa ölkələrinə də çatdırıla bilər.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

 

Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir

Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun işə salınması Azərbaycan ilə Serbiya arasında yaxşı münasibətlərin davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Serbiya-Bolqarıstan interkonnektorunun işə düşməsi ilə Azərbaycandan Serbiyaya ilk dəfə qaz tədarükü də daxil olmaqla qaz sahəsində çoxşaxəli əməkdaşlığın əsası qoyulur. Serbiyaya illik 400 milyon kubmetrə qədər qazın tədarükü nəticəsində Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 9-a çatacaq. Açılış mərasimində cənab Prezidentin də dediyi kimi bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Başqa szölə desək interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcəkdir. Bu ölkəmizin çox sürətlə qarşısına qoyduğu hədəfə doğru getdiyini göstərir. Belə ki, 2021-ci ildə Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.

Cənab Prezidentimiz çıxışında həmçinin uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi haqqında da danışaraq bu nəhəng infrastruktur layihəsinin Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verdiyini bildirdi. Həqiqətən də ölkəmizin Avropanın enerji təhlükəsizliyində ounadlğl rol artıq hər kəs tərəfindən qəbul edilir və Avropa Komissiyasının Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirməsi də bunun bariz göstəricisidir. Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

İnamla hədəfə doğru gedirik

Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada hazırkı geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Artıq  iki ildən çoxdur  ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Ölkəmizin hər bir layihəni uğurlu sonluqla başa çatdırması malik olduğu imkanların dünyaya təqdimatıdır. Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi. Dövlət başçısı İlham Əliyev mərasimdəki çıxışında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edərək bildirdi ki,  enerji strategiyası uğurla icra edilir. Tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın – Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi – uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir.  Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Azərbaycanın Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox olub. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaq. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu sonluqla başa çatması ölkəmizin əməkdaşlığa önəm verməsinin təqdimatıdır.  Dövlət başçısı İlham Əliyev sözügedən açılış mərasimində ölkəmizin enerji sektorunda qazandığı uğurların təhlili fonunda bu mühüm məqamı böyük əminliklə qeyd etdi ki,  Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri – bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir.

Ümumilikdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir. Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz  neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir.  Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə  qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir.  Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda  heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki