image-qanunla-reklam
image-img_20221010_124702

Şəhid ailələrinin ”Azəriqaz” İB-ə etdiyi müraciət həllini tapdı-VİDEO

image-lady-day-az

Qanunla.Az xəbər verir ki,Tovuzun Vətən müharibəsi şəhidləri Məhəmməd Məmmədovla Elşən Məmmədovun ailə üzvlərinin SOCAR “Azəriqaz” İstehsalat Birliyinə etdiyi müraciətləri qısa zaman ərzində həllini tapıb. Şəhid Məhəmmədin həyat yoldaşı Yanıqpəyə kənd sakini Aidə Heydərovanın istəyi əsasında fərdi yaşayış evi qazlaşdırılaraq qaz sayğacı quraşdırılıb. Qazıqulu kənd sakini Aytəkin Məmmədovanın müraciəti isə həyat yoldaşı Elşənin xatirəsinin əbədiləşdirildiyi şəhid bulağının qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub. Şəmkir Regional qaz istismarı İdarəsi tərəfindən şəhid ailəsinin bu istəyi yerinə yetirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki