image-qanunla-reklam
image-1660397202_screenshot_2022-08-13-17-22-30-751_com-google-android-youtube

Şəhid ailələri etiraz aksiyası keçirib – VİDEO

image-lady-day-az

DogruXeber.az“ın məlumatına görə 12.08.2022-ci il tarixində Şəhidlər xiyabanında 20 yanvar şəhidlərinin ailələri etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçılarının əsas tələbi 1990-cı il yanvar ayının 20-də suverenlik uğrunda canını sipər edən və şəhid olan yaxınlarına rəsmi olaraq, “şəhid” statusunun və eyni hadisədə sağlamlığını itirən şəxslərə isə “müharibə əlili” statusunun verilməsi olub.

Düz 32 il bundan əvvəl – 1990-ci ilin yanvar ayında müstəqillik, suverenlik uğrunda canından keçən şəhidlərin ailələrinin 32 il sonra belə bir tələblə etiraz aksiyası keçirməsi, aksiya iştirakçılarından – eyni zamanda həmin faciədə atasını itirmiş xanımlardan birinin bildirdiyi kimi dövlət idarəsində çalışan birinin 20 yanvar şəhidini tanımaması, onun harada şəhid olduğunu, hərbiçi olub-olmadığını soruşması bir dövlət işçisi üçün, bir vətəndaş üçün utancvericidir.

Həmçinin iştirakçılar onlara ayrılan diqqətin ildə bir dəfə verilən makaron, duru yağ və bir banka tamatdan ibarət olduğunu deyirlər.

İştirakçılar onu da vurğulayıb ki, bu haqlı tələbləri ilə bütün dövlət qurumlarına, özü də dəfələrlə müraciət ediblər və hamısının da cavabı eyni olub: “Nazirlər Kabinetinə müraciət edin.”

Nazirlər Kabineti isə illərdir ki, saysız müraciətləri sükutla qarşılayıb, cavabsız qoyur. Buna görə onlar hətta “Nazirlər Kabineti”ni “arxiv” adlandırıblar.

Bundan əlavə xanımlardan biri 44 günlük müharibə ərəfəsində “qeybə çəkilən”, övladlarını gizlədən məmurların indi vətəndaşları saymadığını da vurğulayıb.

Bəli, nə yazıq ki, övkə ilə dedikləri bütün sözlərdə onlar haqlıdırlar. Vətəndaşları saymayan icra başçılarını, millət vəkillərini, avtomobilini motosikleti ilə hərəkətdə olan vətəndaşın üzərinə sürən dövlət məmurunu və daha nələri, kimləri gördü bu xalq…

Xalqın haqqını talayan, bütün biznes sahələrini öz aralarında bölüşdürüb, ölkədə hər şeyin bir monopoliyasını yaradan məmurlar indi də yavaş-yavaş keçmişlərini, tarixlərini unudur, şəhid və qazilərin belə halal haqlarını verməmək üçün hər cür “əngəllər” yaradır, müxtəlif bəhanələr gətirirlər.

Halbuki, ölkə suverenliyi məhz onların qanı -canı bahasına başa gəlib. Buna görə də ulu öndər Heydər Əliyev hər zaman fərq qoymadan bütün şəhid ailələrinə diqqət və qayğı göstərir, məmurlardan da bunu tələb edirdi. Onun siyasi davamçısı olan ölkə başçısı İlham Əliyev də hər il bir qayda olaraq, yanvar ayının 20-də şəhidlər xiyabanını ziyarət edir və bütün çıxışlarında məmurlardan da şəhid ailələrinə və qazilərə qarşı xüsusi diqqət, qayğı göstərmələrini tələb edir. Lakin, çox təəssüflər olsun ki, ölkə başçısının bir çox tələbləri kimi, bu tələbləri də çox zaman icrasız qalır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki