image-qanunla-reklam
image-1659078838_2022_01_26_12_20_22_c9aedc3f-e993-4b20-8f57-8f6a31c3febe_29856_3itzxyrq2g2hhqcc74fk1a

Şəbəkə marketlər nə işlər çevirir? – MARAQLIDIR

image-lady-day-az

“Qanunla.az” xəbər verir ki, bir qrup şəbəkə marketlərin satıcıları tərəfindən “DogruXeber.az” redaksiyasına məlumat daxil olmuşdur. Məlumata görə bütün şəbəkə marketlərdə çalışan satıcılar və digər işçilər rəhbərlik tərəfindən məcburi müayinəyə cəlb olunublar. Müxtəlif klinikalarda aparılacaq ümumi qan analizi və ciyərlərin yoxlanılması üçün hər işçidən 20 manat pul tələb olunur.

Diqqət edin!

Həm məcburidir, həm də ödənişli…

Təbii ki, tələb olunan məbləğ bütün çalışanların haqlı narazılığına səbəb olub. Onlar bu barədə “DogruXeber.az”a gileyləniblər.

“Rəhbərlik tərəfindən məcburi şəkildə müayinəyə cəlb edilirik, üstəlik də bunun üçün biz pul ödəyirik. Belə olan halda hər ay tibbi sığorta üçün maaşımızdan 8 (səkkiz) AZN niye tutulur?”.

Qeyd: Yeri gəlmişkən, məlumat bir neçə şəbəkə marketlərin işçiləri tərəfindən verilib və bildirdiklərinə görə bütün marketlərdə çalışanların hamısına şamil edilir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki