Salyan rayonunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Baş gizir Sübhan Rahim oğlu Cəbrayılovun ildönümü qeyd edilmiş, xatirələri ehtiramla yad olunmuşdur.Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri Milli Məclisin deputatı Fəzail Ağamalı,Jalə Əhmədova və ictimaiyyət nümayəndələri iştirak ediblər.Mərasim Azərbaycan respublikasının himni ilə başlayıb daha sonra şəhidə həsr olunan filimin təqdimatı olub.
Məlum olduğu kimi, dekabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb. Bu ada layiq görülənlər arasında Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrin gizirləri də var.
Sübhan Cəbrayılov 23 oktyabr 1983-cü il Salyan rayonunun Marışlı kəndində anadan olub.
2002-ci ildə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. Vətən Müharibəsində Suqovuşanın, Füzulinin, Hadrutun, Cəbrayılın, Zəngilanın, Qubadlının azad olunmasında iştirak edib.
“Cəbi” ləqəbl ilə tanınan baş gizir 19 oktyabrda Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə düşmən snayperinin gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Onun nəşi iki gün neytral meydanda qalıb. Sübhan Cəbrayılov doğulduğu gün – 23 oktyabrda Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhid Sübhan Cəbrayılov qüsursuz xidmətlərinə görə bir sıra medallarla təltif olunub. Ailəli idi, iki övladı yadigar qaldı.
Səmil Şahlaroğlu