image-qanunla-reklam
image-46984890

Salyan rayonu Qarabaglı 2 kənd tam orta məktəbində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi

image-lady-day-az

Salyan rayonu Qarabağlı 2 kənd tam orta məktəbdə müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin vəfatının 19-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə çıxış edən məktəbin direktoru Yeganə Cəfərova ulu öndərin həyat və fəaliyyətindən, elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərindən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq işlərindən danışıb.

Ümummilli liderin xüsusilə elm və təhsilin inkişafına həmişə böyük diqqət və qayğı göstərdiyi, azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün geniş imkanlar yaratdığı vurğulanıb.
Tədbirdə ulu öndər Heydər Əliyevin zəngin və qədim tarixə malik bir xalqın müstəqillik arzusunu həyata keçirdiyi, dünya siyasətinə təsir etmək gücündə olan liderliyi, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacaran siyasətçi olması şagirdlərin diqqətinə çatdırılıb.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Fərzalı Dadaşovun təşkilatçılığı ilə hazırlanmış anım tədbirində şagirdlər ulu öndərə həsr edilmiş şeirlər və onun aforizmə çevrilmiş kəlamlarını səsləndiriblər.

Kanal4.az Emin Xudiyev.

image-8951196cc image-896f306a2


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki