image-qanunla-reklam
image-img-20220822-wa0022

Salyan gəncləri üçün “Vətəni tanı və kəşf et!” adlı pazl formatında intellektual yarış keçirilib

image-lady-day-az

Salyan gəncləri üçün “Vətəni tanı və kəşf et!” adlı pazl formatında intellektual yarış keçirilib.

Qanunla.Az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyində gənclər pazl formatında intellektual yarışda iştirak ediblər.
Yarışda 42 gənc mübariz aparıb, qalibləri təyin etmək üçün 3 seçim turu və final mərhələsi keçirilib. I və II seçim turunda ən sürətli 4 nəfər, III seçim turunda isə 3 nəfər final mərhələsinə vəsiqə qazanıb.
Final mərhələsində 11 gənc mübarizə aparıb. Rəhman Rzalı (04:35) I yer, Mirəsgər Əsgərov (07:10) II yer və Adilə İsmayılova (09:13) isə III yerin qalibi olub. Qaliblər hədiyyələr və diplomla təlif olunub.
Yarış aktiv gənc Murad Hidayətzadənin təşəbbüsü və GİKM-in Salyan nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilib.

image-img-20220822-wa0020 image-img-20220822-wa0019 image-img-20220822-wa0022 image-img-20220822-wa0021 image-img-20220822-wa0023


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki