image-qanunla-reklam
image-img-20221018-wa0021

Salyan gəncləri üçün “Sosial media və saxta xəbərlər” adlı təlim keçirilib-FOTO

image-lady-day-az

QanunlaAz xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyində gənclər üçün “Sosial media və saxta xəbərlər”adlı təlim keçirilib.

Almaniyanın “İnterlink Academy” təşkilatının dəstəyi və Almaniyanın Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən “MIL Azerbaijan” (Media və İnformasiya Savadlılığı) layihəsinin iştirakçısı, təlimçi Sevil Süleymanova gənclərə “Sosial mediadan istifadə”, “Ənənəvi və sosial media”, “Sosial mediada etik normaları”, “Saxta xəbərlər və növləri”, “Saxta xəbərlərlə mübarizə aparmağın yolları”, “Klikbeyt”, “Psevdoelm”, “Faktlarla manipulyasiya”, “Konspirasiya”, “Yanlış əlaqələndirmə” və “Saxta məlumatları analiz etmək üçün platformalar” haqqında məlumat verib.

Gənclər sessiyalar üzrə müxtəlif qrup işləri edib. “Sosial media və ənənəvi medianın avantajları, dezavantajları” mövzusunda araşdırma edib təqdimat hazırlayıb, təqdim olunan xəbərlərin doğru və ya saxta olmasını araşdırıb, təqdimat hazırlayıb və həmçinin “Ekologiya”, “Sosial” və “İqtisadiyyat” mövzularında xəbər yaradıb, təqdim ediblər.

Sonda gənclər “Saxta xəbərlərlə mübarizə aparmağın yolları” mövzusunda beyin fırtınası aparıb və təlim haqqında fikirlərini bölüşüblər.
Təlim region gənclərinin media savadlılığını artırılması məqsədilə keçirilib.

image-img-20221018-wa0019 image-img-20221018-wa0023 image-img-20221018-wa0020 image-img-20221018-wa0022 image-img-20221018-wa0017 image-img-20221018-wa0018 image-img-20221018-wa0021


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki