image-qanunla-reklam
image-1674466292_sahin-bagirov

Şahin Bağırov Goranboyda vətəndaşları qəbul edəcək

image-lady-day-az

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov yanvarın 26-da saat 11:00-da Goranboy, Xocalı rayonlarından və Naftalan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Bu barədə “Qanunla.az” komitəyə istinadən xəbər verir.

Vətəndaşların qəbulu Goranboy şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Goranboy şəhəri, Dədə Qorqud küç., 27) keçiriləcək.

Bildirilib ki, qəbul zamanı gömrük məsələləri ilə bağlı müraciətlər dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki