image-qanunla-reklam
image-img-20221004-wa0054

Sahibkarlarla növbəti görüş paytaxtın Xəzər rayonunda keçiriləcək

image-lady-day-az

Sahibkarlarla növbəti görüş paytaxtın Xəzər rayonunda keçiriləcək

Qanunla.Az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Xəzər rayonunda görüşü təşkil olunacaq. Aksiya Zirə qəsəbəsi, Seyid Əzim Şirvani 40 ünvanında (Mədəniyyət Mərkəzi) baş tutacaq. “Səyyar qəbul otağı” oktyabrın 7-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki