image-qanunla-reklam
image-1702027365

Sabitlik olmasa, investisiya, iqtisadi inkişaf və təhlükəsizlik olmaz

image-lady-day-az

Sabitlik olmasa, investisiya, iqtisadi inkişaf və təhlükəsizlik olmaz

Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə deyib ki, bizim çox sabit siyasi sistemimiz var, xalqımızın çox güclü birliyi var, xüsusilə tarixi Qələbədən sonra bizim iqtisadi fəaliyyətimiz uğurludur. Bu gün bütün dünyada bu və ya digər səbəblərdən iqtisadi geriləmə baş verdiyi halda Azərbaycan haqqında bu fikirləri səsləndirmək olmaz. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan iqtisadi islahatlar, həyata keçirilən layihələr, ölkəmizdə etibarlı investisiya mühitinin yaradılması, xarici siyasətdə çevik və balanslı siyasətin yürüdülməsi bizə imkan verir ki, inkişafımızda dinamizmi təmin edək, yeni-yeni uğurlar qazanaq. Sabitlik olmasa, investisiya, iqtisadi inkişaf və təhlükəsizlik olmaz. SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var. Azərbaycanın Mərkəzi Asiyada investisiyaları və Mərkəzi Asiyanın Azərbaycanda investisiyaları durmadan artır.Cənab Prezident İlham Əliyev  müsahibə zamanı ölkəmizdə sabitliyin qorunub saxlanmasından,iqtisadiyyatın inkişafından və ölkəmizin bütün sahələrdə irəliləməsindən bəhs etmişdir.Əsas beynəlxalq aktorlarla yaxşı siyasi əlaqələri olan, özünü təmin edən iqtisadiyyat və ölkədəki siyasi sabitlik və birlik – bütün bu amillər onu göstərir ki, bizdə daxili risklər yoxdur. Xarici risklər, bəli, var, lakin bu, sərhədlərimizin xaricindəki vəziyyətdən asılı olacaq. Sərhədlərimizin xaricində Şimala doğru müharibə gedir, Yaxın Şərqdə qeyri-sabit vəziyyət mövcuddur, regionumuzda potensial gərginliklər var. Beləliklə, bu, Azərbaycan üçün potensial risk ola bilər. Bu məqsədlə biz sərhədlərimizin müdafiəsinə daha çox diqqət yetirməliyik ki, sərhədlərimiz dostlarımız üçün açıq olsun və bizə zərər vermək istəyənlər üçün isə bağlı qalsın.

Mehriban Mənəfova

Saatlı rayon MKS-nin Xidmət şöbəsinin baş kitabxanaçı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki