image-qanunla-reklam
image-1659689255-1596447408-yagislihava

Sabah yağış yağacaq

image-lady-day-az

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən “Qanunla.az”a verilən məlumata görə, havanın temperaturu gecə 21-26° isti, gündüz 30-34° isti, Bakıda gecə 24-26° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki