image-qanunla-reklam
image-1666593021-1638522270425665188_1000x669

Sabah ilin ikinci Günəş tutulması olacaq

image-lady-day-az

Sabah ilin ikinci Günəş tutulması baş verəcək.

Bu barədə Qanunla.az-a BDU-dan məlumat verilib. Bildirilib ki, universitetin Astrofizika kafedrasından verilən xəbərə görə, bu tutulma qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi saat 12:58-də başlayacaq və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu 15:00-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59-da başlayacaq və 16:30-da sona çatacaq. Tutulmanın maksimumu 15:17-də olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki