image-qanunla-reklam
image-1657702354-1624450723-istihava3

Sabah 42 dərəcə isti olacaq

image-lady-day-az

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən “Qanunla.az”a verilən məlumata görə, havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.

Azərbaycanın rayonlarında yağmursuz hava olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 26-31° isti olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki