image-qanunla-reklam
image-321486417_712597590262144_1509614120565518279_n

Saatlı RİH-nin başçısı Elmir Bağırov Dədə Qorqud kəndinin sakinləri ilə görüşüb-FOTO

image-lady-day-az
Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov dekabr ayının 22-də Dədə Qorqud kəndinin sakinləri ilə görüşüb.
Qanunla.Az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Saatlı Rayon Icra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Gülüşov Əlişan, Hüseynov Əlnizam, Mirzəyev Təyyar və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.
image-321486417_712597590262144_1509614120565518279_nimage-321391430_680184810260970_4785817776424432593_nimage-321602363_5589016681224934_6397805240110433956_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki