image-qanunla-reklam
image-305896286_461780465991669_3239520129647846891_n

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov ali məktəblərə yüksək balla qəbul olmuş tələbələrlə görüşüb-FOTO

image-lady-day-az
07 sentyabr 2022-ci il tarixdə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov 2021-2022–ci tədris ilinin məzunlarından ali məktəblərə yüksək balla qəbul olmuş tələbələrlə görüşüb.
Qanunla.Az xəbər verir ki,görüşdə çıxış edən Saatlı rayon İcra Hakimiyyətinin başçısı tələbə adını qazanan məzunları təbrik edərək onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etmələrini arzulayıb. Eyni zamanda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsilimiz uğurla inkişaf edir. Dövlət qayğısının nəticəsi olaraq, bu il rayon məzunları Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarında ötən illərlə müqayisədə yüksək nəticələr göstəriblər.
Tələbə adını qazanmış şəxslər onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə minnətdarlıqlarını bildiriblər. Sonda tələbə gənclərə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim edilib.
2021-2022–ci tədris ilində Saatlı rayonu üzrə ali məktəblərə yüksək balla qəbul olmuş tələbələr aşağıdakılardır:
1) Nəsirova Fatimə Nadir qızı- C.Cabbarlı adına şəhər 3 nömrəli tam orta məktəbinin məzunu (l qrup) 665 bal
2) Yusifova Dinarə Nadir qızı- M.Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbinin məzunu (IV qrup) 661 bal
3) Məmmədzadə Lalə Natiq qızı– Ə.Əliyev adına Dədə Qorqud kənd tam orta məktəbinin məzunu (I qrup) 638 bal
4) Şükürova Xanım Vüqar qızı– V.Əsgərov adına şəhər 4 nömrəli tam orta məktəbinin məzunu (II qrup) 635 bal
5) Əlizadə Şəfa Münasib qızı – S.Vurğun adına şəhər 1 nömrəli tam orta məktəbinin məzunu (III qrup) 614 bal
6) Mehtili Gülnar Elşən qızı – Şəhər 2 nömrəli tam orta məktəbinin məzunu (III qrup) 613 bal
7) Babaşov Xasay Anar oğlu – S.Vurğun adına şəhər 1 nömrəli tam orta məktəbinin məzunu (I qrup) 605 bal.
image-305896286_461780465991669_3239520129647846891_nimage-305968402_461780452658337_3141706025465990380_nimage-306080835_461780495991666_6526423880295657957_nimage-305797410_461780415991674_3316199558261640492_n-1image-305893541_461780609324988_4815737093500108479_nimage-305876535_461780419325007_5251356779460495968_nimage-305953644_461780439325005_674293974979882209_nimage-305927620_461780619324987_5044947651287521827_nimage-306134095_461780662658316_3769762913770239316_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki