image-qanunla-reklam
image-1628585797-rus-sulhmeramli

“Rusiya sülhməramlıları buna görə cavab verməlidir” – Ədalət Verdiyev

image-lady-day-az

“Rusiya sülhməramlıları ən qısa müddətdə, hətta Müdafiə Nazirliyi səviyyəsində bu məsələlərə aydınlıq gətirməlidirlər. Əks halda, baş verən proseslər üçtərəfli birgə bəyanatın dördüncü bəndinin şərtlərinin nəinki yerinə yetirilməsinin, hətta bu şərtlərin tam əks istiqamətdə, yəni  ermənilərin mənafeyi baxımından yerinə yetirilməsinin təzahürüdür. Bu isə Azərbaycan üçün heç bir halda qəbul edilən addım deyil”. 

Bu sözləri Qanunla.Az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev, ermənilərin Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə gətirdikləri canlı qüvvə və həbi texnika faktlarına əsasən deyib.

Ekspert onu da diqqətə çatdırıb ki, sülhməramlıların nəzarət etdiyi Azərbaycan ərazilərindən keçən erməni silahlıları bu gün qanun qarşısında cavab verir:

“Baş verən proseslər artıq görüntüləri ilə öz təsdiqini tapıb. Deməli, Rusiya Sülhməramlıları yenə də əvvəllər yol verdikləri yanlışları təkrarlamaqda davam edirlər. Məlumdur ki, həmin sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərindən keçən erməni silahlıları bu gün Azərbaycan məhkəmələri qarşısında mühakimə edilir.

Əgər yaxın saatlarda məlum məsələyə aydınlıq gətirilməzsə və həmin silahlıların oradan çıxarılmasına dair görüntülər Azərbaycan tərəfinə verilməzsə, Azərbaycan bu özbaşınalığa istənilən metodla reaksiya vermək hüququna malikdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki