image-qanunla-reklam
image-1667939632-15883259641522761979_367x266

Rusiya Azərbaycanla sərhəddə nəqliyyatın hərəkətində dəyişiklik edib

image-lady-day-az

Rusiya Azərbaycanla sərhəddə yerləşən Yaraq-Kazmalyar sərhəd-keçid məntəqəsində hərəkət sxemini dəyişib.

“Qanunla.az” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Buna səbəb Rusiyaya gedən iritonnajlı yük maşınlarının çoxluğudur.

“Azərbaycandan Rusiyaya gedən yük avtomobillərinin sayının artması ilə əlaqədar noyabrın 17-nə kimi Yaraq-Kazmalyar avtomobil buraxılış məntəqəsində müvəqqəti olaraq hərəkət qrafiki dəyişdirilib”, – deyə məlumatda deyilir.

Yük daşımaları üçün bütün zolaqlar avtomobillərin Rusiyaya daxil olması üçün istifadə olunur.

“Yük avtomobillərinə Rusiya Federasiyası ərazisindən Azərbaycana çıxışı üçün qonşu Tahirkənd-Kazmalyar keçid məntəqəsindən istifadə etmək tövsiyə olunur”, – deyə mətbuat xidməti əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki