image-qanunla-reklam
image-377695701_866433671503079_5159810829778038333_n

  Rəqəmsal İpək Yolu

image-lady-day-az

Rəqəmsal İpək Yolu

Xarici siyasətində bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsiplərini öndə saxlayan Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Tarixi Zəfərimizdən sonra bu əməkdaşlığın daha da möhkləmlənərək yeni prioritetlər üzrə inkişaf etdiyi diqqətdən kənarda qalmır. Dövlətimizin başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə toplantısının plenar iclasına, “Avropa siyasi birliyi” Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. Sentyabrın 14-də Prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə də fəxri qonaq qismində iştirak etdi.Məşvərət Şurasının işində ilk dəfədir iştirak edir və regional əməkdaşlığın bu formatının ölkələrimizin, xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacağına əmindir. 5-ci Məşvərət görüşü  Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinə aydınlıq gətirdi. İllər ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana dəfələrlə səfərlər ediblər. İlin sonuna qədər qarşılıqlı səfərlərin fəal dinamikası davam etdiriləcək.

Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı Azərbaycanın, həmçinin ölkə Prezidentinin nüfuzunun göstəricisidir. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti beynəlxalq səviyyədə təqdir edilir və əməkdaşlığın inkişafında stimulverici amildir. Mərkəzi Asiya dövlətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır və bu özünün aydın ifadəsini qarşılıqlı səfərlərdə tapır. Sözügedən tədbirdə bu əlaqələrin əhatə etdiyi sahələr, eyni zamanda, yeni istiqamətlər diqqətə çatdırıldı. Belə ki, nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Dünya Azərbaycan-Türkiyə münasibətlərinin timsalında türk dünyasının birliyini görür

Qarşılıqlı etimada əsaslanan əməkdaşlıq uğurla inkişaf edir. Prezident İlham Əliyevin cari ilin ötən dövründə Tacikistana iki səfəri həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır. Azərbaycan və Tacikistan Prezidentlərinin təkbətək görüşündə, həmçinin cənab İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı   səsləndirilən fikirlər ölkələrimiz arasında münasibətlərin inkişafına böyük nikbinliklə baxmağa əsas verir. İki ölkə arasında bu günədək imzalanan onlarla sənəd əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafında möhkəm hüquqi bazadır. Cənab İlham Əliyevin ötən səfəri çərçivəsində imzalanan sənədlər arasında “2025-ci ilədək Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı” iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanların mövcudluğunu təsdiqləyir. Dövlətimizin başçısı sözügedən tədbirdəki çıxışında da bu məqamı xüsusi vurğuladı ki, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Həmin iki istiqamət üzrə göstəricilərin davamlı artıma malik olması sevindiricidir.  Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.

XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biri olmaqla yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun dərin köklərə malik olmasının təqdimatıdır: Bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir. 44 günlük İkinci Qarabağ müharibəsi bu birliyin sarsılmazlığını bir daha təsdiqi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk andan dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanladı. Tarixi Zəfərimizin hər bir anını iki dost ölkə bir yerdə qeyd edir. Azərbaycan və Türkiyə bu qardaşlığı, dostluğu və   müttəfiqliyi Şuşa Bəyannaməsini imzalayıb rəsmi şəkildə təsdiqləməklə münasibətlərin gələcək inkişafının aydın mənzərəsini təqdim etdilər.

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Prioritetlər strateji sahələrdə sarsılmaz və dayanıqlı əməkdaşlığın inkişafı üçün möhkəm təməl formalaşdırır.

Azərbaycanın gələcək hərtərəfli iqtisadi inkişafın dəstəklənməsində bütünlükdə Mərkəzi Asiya regionu üçün rolu indi heç vaxt olmadığı qədər mühüm əhəmiyyət daşıyır. Mərkəzi Asiya ölkələrinə Avropa bazarına çıxış üçün lazım olan mühüm, yüksək səviyyədə modernləşdirilmiş nəqliyyat əlaqələri birbaşa Azərbaycan ərazisindən keçir. Bununla əlaqədar olaraq görüşün bütün iştirakçıları Mərkəzi Asiyanı Azərbaycanla birləşdirən mühüm, həyati əhəmiyyətli layihələrdən biri olan Orta Dəhlizin gələcək inkişafının zəruriliyinə diqqət yetiriblər.

Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanmış yol xəritələrində qeyd olunduğu kimi, Orta dəhlizin ötürücülük qabiliyyətinin 2025-ci ilədək 10 milyon tonadək artırılması üzrə səylər görülür. Proqnozlara görə, 2023-cü ildə Orta Dəhlizlə 2 milyon tona yaxın yük daşınacaq. Ümumi prioritetlər strateji sahələrdə sarsılmaz və dayanıqlı əməkdaşlığın inkişafı üçün möhkəm təməl formalaşdırır. Nəticə etibarilə, Azərbaycan və Mərkəzi Asiyanın müvafiq sahələrdə mühüm rol oynayan ölkələrindən hər biri regionlararası əməkdaşlığın təşviqi üçün potensiala malikdir. Bu çərçivədə Prezident İlham Əliyevin regionda uzunmüddətli sülh, təhlükəsizlik və sabitliyin möhkəmlənməsi üzrə səyləri birinci dərəcəli əhəmiyyət kəsb edir.

Məsələn, Azərbaycan öz nəqliyyat və logistikasının gələcək inkişafı üçün öz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində çalışır. Hazırda Azərbaycan özünün Xəzərdə 50-dən çox gəmidən ibarət geniş ticari donanması ilə öyünə bilər. İnvestisiya layihələri başa çatdıqdan sonra tanker və quru yük gəmilərinin istehsalının 6-dan 10-15 gəmiyə çatacağı gözlənilir.Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Əməkdaşlığın yeni formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq.

Azərbaycanın həyat keçirdiyi siyasətin real nəticəsi, onun təkcə Cənubi Qafqazda deyil, həm də Mərkəzi Asiyada getdikcə artan rolunun etirafı idi. Xüsusi ilə qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsinin böyük təsiri fonunda dünyada baş verən mürəkkəb və dinamik geosiyasi hadisələr beynəlxalq sistemdə dəyişiklik etməyə məcbur edir, təhlükəsizlik riskləri getdikcə ön plana çıxır və bu dövlətlərarası münasibətlərdə siyasi əlaqələrin qarşılıqlı etimad çərçivəsində inkişaf etdirilməsini tələb edir. Azərbaycan uzun müddətdir ki, özünü etibarlı tərəfdaş kimi, müstəqil xarici siyasət yürüdən uğurlu, iqtisadi cəhətdən qüdrətli dövlət kimi təsdiqləmişdir. Məhz buna görə də həm Avropada, həm də Mərkəzi Asiya ölkələrində Azərbaycana maraq və hörmət var. Bu mənada birləşdirici halqa kimi Azərbaycanın böyük rolu vardır. Həmçinin, Prezident İlham Əliyev artıq bir sıra irimiqyaslı layihələrin təşəbbüskarı və icraçısı olan qlobal siyasi xadimdir ki, onların bəhrəsini həm ölkəmiz, həm də bu layihələrə qoşulan bütün dövlətlər görür. Elə Tacikistanın paytaxtında keçirilən görüşlərin gündəliyinə siyasi qarşılıqlı fəaliyyətin gücləndirilməsi, davamlı iqtisadi inkişafın təmin edilməsi, humanitar əlaqələrin dərinləşdirilməsi, regional və ekoloji təhlükəsizliyə çağırış və təhdidlərə birgə cavab verilməsi məqsədilə əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri, regional və beynəlxalq problemlər daxil edilmiş və bu məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Göründüyü kimi, son dərəcə vacib məsələlər müzakirə olundu. Beşinci Yubiley Məşvərət Görüşünün yekunlarına əsasən bir sıra mühüm sənədlərin qəbul ediləcəyi gözlənilir ki, bunlardan da başlıcası Mərkəzi Asiya dövlət başçılarının Birgə Bəyanatı olacaqdır. Və bu baxımdan Azərbaycan Prezidentinin regiondan kənarda sammitdə iştirak edən ilk dövlət başçısı olması əlamətdardır.

Bu gün Azərbaycanın xarici siyasətində türk dünyası və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. İllər ərzində Azərbaycan Respublikaı müstəqil dövlətlər kimi həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir ki, buda suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirmək üçün mühüm rol oynayır.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

Əlaqələrin inkişaf etdirilməsi bütün türk dünyası üçün vacibdir.

Son bir ildə Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri diqqətəlayiq hadisədir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan bu regionun dövlətləri ilə sıx əlaqələr qurdu. Bu əlaqələrin daha da inkişaf etdirilməsi təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, bütün türk dünyası üçün vacibdir. Mərkəzi Asiya və Azərbaycan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı artan, dünya siyasətində strateji əhəmiyyətə malik vahid tarixi-mədəni coğrafi regiondur. Bu isə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafı gələcək üçün yaxşı perspektivlər vəd edir. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verən Azərbaycan özünü etibarlı ölkə, mühüm tranzit ölkəsi və Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün etibarlı tərəfdaş kimi təsdiqləyib və bu, öz enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır. strateji əhəmiyyət kəsb edir. Şərqlə Qərb arasında mühüm tranzit ölkəyə çevrilmiş Avropanın etibarlı enerji təchizatçısı kimi Azərbaycanın əhəmiyyəti daha da artacaq.

Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarlarına gedən yolda etibarlı tranzit ölkədir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda Mərkəzi Asiya dövlət başçılarının 5-ci Məşvərət Görüşündə çıxışı zamanı bir daha iştirakçıların diqqətinə çatdırdı.Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox artıb. Bu ilin 7 ayı ərzində artım daha 50 faiz artıb. Artıq birgə investisiya fondları yaradılıb və növbəti 3 ildə 1 milyard dollardan çox qarşılıqlı investisiyaların həcmi razılaşdırılıb. Biz artıq sənaye kooperasiyası, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma və kənd təsərrüfatı, yəni pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində bir çox layihələr həyata keçiririk. Mehmanxana biznesi və turizm sahəsində investisiya layihələri həyata keçirilməsinin ilkin mərhələsindədir. Azərbaycanda bu yaxınlarda yaradılmış Ələt Azad İqtisadi Zonasına Mərkəzi Asiyadan olan şirkətlərin marağını görürük.Azərbaycanın Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatını ödəmək üçün Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinə xüsusi önəm verir:

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir.

Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.Azərbaycanın tranzit ölkə statusu. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir.Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Dünya Azərbaycan-Türkiyə münasibətlərinin timsalında türk dünyasının birliyini, həmrəyliyini görür.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycanın Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ş.Şotemur adına Tacikistan Dövlət Aqrar Universitetinin əməkdaşlığı çərçivəsində müəllim və tələbələrin mübadiləsi həyata keçirilir.Birgə ticarətin inkişaf dinamikası. 2022-ci ildə Azərbaycanın Tacikistan ilə ticarət dövriyyəsinin həcmi 5,95 milyon ABŞ dolları olub. 2023-cü ilin yanvar-fevral ayları üzrə ticarət dövriyyəsi isə 824,59 min ABŞ dolları təşkil edib. Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub. Ümumiyyətlə, ölkəmizin dünyada rolu ancaq artır və bunu hamı görür. Bu gün Azərbaycan təkcə regionda deyil, həm də dünyada hörmət və nüfuz sahibidir. Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi, müdrikliyi, uzaqgörənliyi sayəsində öz mühüm strateji hədəflərinə doğru addım-addım irəliləyir. Bu hədəflər isə birlikdən, dostluqdan, qarşılıqlı fayda verən əməkdaşlıqdan keçir.

Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. 2019-2021-ci illərdə Türk Dövlətləri Təşkilatına uğurla sədrlik edən Azərbaycan bu müddətdə üzv ölkələr arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilərək beynəlxalq təşkilat statusu qazanması Azərbaycanın və Türkiyənin uzun illərdən bəri həyata keçirdikləri uzaqgörən siyasətin bariz nümunəsidir. Bu gün dünya Azərbaycan-Türkiyə münasibətlərinin timsalında türk dünyasının birliyini, həmrəyliyini görür.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki