image-qanunla-reklam
image-0d98b597161338432960475982310187877-780x470

Regionda yaranmış yeni reallıq

image-lady-day-az

Regionda yaranmış yeni reallıq

2020-ci il Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına əbədi həkk olundu. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi cəmi 44 gün sonra tarixi Qələbə ilə başa çatdı. Uzun ayrılıqdan, həsrətdən sonra 8 noyabrda Qarabağın baş tacı sayılan Şuşa düşmən tapdağından azad edildi. 8 Noyabr – Zəfər Günü kimi yaddaşlara qızıl hərflərlə yazıldı. Və nəhayət 10 noyabr 2020-ci il tarixdə imzalanmış Üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Bu Bəyanatla erməni miflərinə də son qoyuldu. Bu gün də dillərə dastan olan 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Hər kəs bir daha şahidi oldu ki, həmrəylik Azərbaycan xalqının böyük sərvəti və dəyəridir. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qeyd olunacaqdır.

Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qazandığı Zəfərlə yaranın yeni reallığın nəticəsidir ki, Bu gün “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, bu avantura tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkə biləcək. Münaqişə artıq başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı. Hazırda qürurla söyləyə bilirik ki, Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Üçtərəfli Bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrinədir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda əks-hücum əməliyyatı ilə başladığı və noyabrın 10-da Ermənistanın təslim olması ilə nəticələnən bəyanatın rəsmi şəkildə elan edildi. Ölkəmizin bütün şəhər və rayonlarında zəfər yürüşü keçirildi. Hər kəs Azərbaycan Ordusuna, habelə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirir, növbəti dəfə həmrəyliklərini ifadə edirdilər.

Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək ən müasir silahlardan istifadə etməklə, minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı sözsüz Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir. İndi regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yaranıb. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyulub.  Müzəffər Ali Baş Komandan nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi və bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaq. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması.

Tarixi yurd yerlərimizin düşmən əsarətindən azad olunmasından üç ilə yaxın vaxt keçir. Cəmi 44 günə 30 illik işğala öz gücü, iradəsi ilə son qoyan Azərbaycan dünya hərb tarixində yeni səhifə yazdı. İqtisadi gücünü, məqsədyönlü siyasətini və xalqla birliyini ortaya qoyaraq düşmənə və onun işğalçılıq siyasətini dəstəkləyən qüvvələrə meydan oxudu. Vətən müharibəsində  bütün dünyaya səs salan qələbəmizin sevincini hər gün yaşayırıq. Düşmənin yer üzündən sildiyi şəhər və kəndlərimiz yenidən salındıqca, qalib xalqımız daha da qürurlanır, ona bu qalibiyyəti yaşadan liderinin dövlət, xalq yolunda atdığı hər addımını etimadı, inamı ilə dəstəkləyir.

Hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Dövlət başçımızın amalı işğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun şəkildə bərpa etmək və qısa müddət ərzində soydaşlarımızı öz dədə-baba yurdlarına yerləşdirməkdir.  Burada xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, bu işi Azərbaycan dövləti öz resursları hesabına həyata keçirir. Dövlətimizin başçısı Qarabağa və Şərqi Zəngəzura səfərlər zamanı əsas diqqəti erməni vandalizminə məruz qalmış tarixi mədəniyyət abidələrinin bərpasına yönəldir. Torpaqlarımız Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycanın mədəni inkişafında yeni dövr başlayıb. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın əyani sübutudur. Müharibədən sonra Qarabağa və Şərqi Zəngəzurda aparılan tikinti-abadlıq işləri göz önündədir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması üçün mühüm addımlar atılır. Böyük Qayıdış sürətlə, genişmiqyaslı layihələrlə həyata keçirilir. Ağalı kəndindən sonra Böyük Qayıdışın reallaşdığı Laçın, Füzuli şəhərləriinə, Zabux və Talış kəndlərinə məcburi köçkünlərin qayıdışı davam edir. İşğaldan azad olunmuş ərazilərin sakinlərinin doğma yurdlarına qayıtdıqdan sonra dayanıqlı məskunlaşmasını təmin etmək, bu yerləri cəmiyyətin sağlam, müasir və abad yaşayış mühitinə çevirmək üçün viran qoyulmuş şəhər və kəndlərimiz, tarixi, mədəni, dini abidələrimiz bərpa olunur, yurd yerlərimizə həyat qayıdır, müasir infrastruktur layihələr reallaşır.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

2023-cü ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpası.

Rəşadətli ordumuz Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində erməni hərbi birləşmələrini diz çökdürdü. Cəmi 24 saat ərzində qarşı tərəf ağ bayraq qaldıraraq təslim oldu. “Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciəti zamanı Ordumuzun peşəkarlığı, döyüş ruhu, mükəmməl plan əsasında fəaliyyəti və bunların fonunda üzərinə düşən missiyanı şərəflə yerinə yetirməsi ilə bağlı fikirlər səsləndirdi. Bu, hər birimizdə böyük qürur hissi doğurur”. Şanlı ordumuzun 44 günlük müharibədən sonra da Ermənistan silahlı qüvvələrinin hər bir təxribatının qarşısını qətiyyətlə alması bir daha ordumuzun gücünün göstəricisidir. Antiterror tədbirləri zamanı da Azərbaycan hərbçiləri həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Silahlı Qüvvələrimiz heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəf almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı yüksək səviyyədə yerinə yetirərək yalnız hərbi infrastruktur sıradan çıxarıldı. 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa edildi.

Ermənistan 3 ilə yaxın müddətdə üçtərəfli bəyanatın bir sıra müddəalarını yerinə yetirməyib. “Bəyanatın 4-cü bəndinə əsasən Ermənistan silahlı qüvvələri Qarabağ ərazisindən çıxarılmalı idi. Lakin indiyə qədər bu bənd yerinə yetirilməmişdi və bu qüvvələr davamlı olaraq hərbi təxribatlar törədirdi. Ona görə də ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı təhdid yaranırdı. Nəhayət, ordumuz antiterror tədbirləri həyata keçirərək 4-cü bəndi yerinə yetirmiş oldu. Bu, dövlətimizin BMT-nin Nizamnaməsinə əsaslanan müstəsna hüququdur. Ümumiyyətlə, Prezident cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti qarşıya qoyduğu hədəfləri reallığa çevirir. Təbii ki, bu uğurlara əsas verən ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətidir. Otuz illik işğal dövründə xalqımız hər zaman bu əminliyi ifadə etdi ki, dövlətimizin uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, bu ərazilərdə yeni həyat başlayacaq.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki