image-qanunla-reklam
image-299312441_603987537981360_7358280518396099226_n

Qusarda məişət tullantılarının çeşidlənməsi və idarə edilməsi üzrə Eco Park MMC fəaliyyətə başlanmışdır

image-lady-day-az
Qusar günü-gündən böyüyür, turizmin inkişafı ilə əlaqədar rayona gələn qonaqların, turistlərin sayı artdıqca istirahət mərkəzləri və turizm obyektləri çoxalır. Rayona gələn turistlərin və rayon əhalisinin sayının artması ilə əlaqədar məişət tullantılarının həcminin də artması bu sahədə əlavə tədbirlərin görülməsini tələb edirdi. Qusar şəhərində mövcud, sovetlər birliyi dövründə yaradılmış məişət tullantıları poliqonunun ərazisi artan təlabatı ödəmir, şəhərin meşə torpaqları və yaşayış məntəqələri ilə əhatə olunması poliqon sahəsinin genişləndirilməsinə və əlavə yeni poliqonun yaradılmasına imkan vermirdi. Mövcud problemin həlli poliqona gətirilən tullantılarının çeşidlənərək yararlı hissəsinin təkrar emala qaytarmaqla atılan tullantıların həcmini azaltmaq və gələcəkdə həmin hissənin də emalını təşkil etməklə mümkün hesab olunur. Ona görə də təzə fəaliyyətə başlayan Qusar Eco Park MMC-nin yaradılmasında məqsəd məhz Qusar şəhərindən çıxan məişət tullantılarını idarə etməklə faydalı hissələrinin çeşidlənərək təkrar istehsala qaytarmaqdan ibarət olacaqdır.
Müəssisənin rəhbəri sahibkar Anar Məmmədov müəssisənin işi ilə tanış olmaq üçün əraziyə gələn rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasova məlumat verərək bildirmişdir ki, müəssisədə hər gün Qusar şəhərindən çıxan 25-30 m3-ə yaxın məişət tullantılarını qəbul etməklə faydalı hissələri təkrar emal üçün çeşidlənəcək ki, bu da ay ərzində 1000 m3-ə yaxın məişət tullantısının çeşidlənməsi deməkdir. Çeşidlənmiş faydalı hissələrin (pet butulkalar, plastik, tullantı kağızları, metal qırıntıları, şüşələr və s) bir qismi Bakı şəhərində fəaliyyət göstərən istehsal müəssisələrinə (Balaxanı Sənaye Parkına), digər qismi isə Sumqayıt şəhərində yerləşən müəssisələrə təkrar emal üçün göndəriləcəkdir. Müəssisənin gələcək planlarında fəaliyyətini genişləndirərək emalın da təşkil edilməsi və müxtəlif növ məhsulların istehsalı üçün avadanlıqların alınması nəzərdə tutulub. Layihə şəxsi, həmçinin İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti ilə maliyyələşdirilmişdir.
Sahibkar layihənin həyata keçirilməsinə dəstək verdikləri üçün Qusar rayon rəhbərliyinə və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) təşəkkürünü bildirmişdir.
image-299312441_603987537981360_7358280518396099226_nimage-299296493_603987514648029_3875843957844328567_nimage-299166766_603987591314688_4968279020440848062_nimage-299137602_603987534648027_5100621116750049077_nimage-299147908_603987627981351_7499639246201862385_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki