image-qanunla-reklam
image-318181848_5895310897199583_5020486744074857769_n

Quba Rayon Prokurorluğu Rayon Mərkəzi Xəstəxanasının PHŞ direktoru Əliyar Sərvərovla bağlı araşdırmalara başladı

image-lady-day-az
Quba Rayon Mərkəzi Xəstəxanasının PHŞ direktoru Sərvərov Əliyar Ənvər oğlunun qanunsuz hərəkətləri barədə, 2021-ci ilin sentyabr ayında Quba Rayon Prokurorluğuna daxil olan ərizələrə əsasən araşdırmalara başlanılıb. Əsaslı faktlar olduğuna görə, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması təşkil olunmuşdur. 4 aya qədər davam edən yoxlama nəticəsində rəsmi olaraq 1,6 milyon manatdan yuxarı mənimsəmə faktı ortaya çıxmışdır. Mənimsəmə külli miqdarda olduğuna görə iş, 18 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Lakin, cinayət işinin açılması və ya işin gedişatı barədə mətbuatda və ya Baş Prokurorluğun rəsmi internet səhifəsində heç bir məlumata rast gəlinmir.
Məlumat almaq üçün rəsmi və şifahi müraciət olunsa da, cavab almaq mümkün deyil. Əliyar Sərvərovu, Quba RİH nin başçısı Ziyəddin Əliyev və rayonun digər yuxarı dövlət təşkilatlarının vəzifəli şəxsləri tərəfindən müdafiə olunması, bu işin aşkara çıxmasına mane olur.
İşin ümumi gedişatından bəlli olur ki,1,6 milyonluq yeyintini Əliyar Səfərov, Quba Rayon İcra Hakimiyyəti ilə əlbir olaraq birlikdə mənimsədikləri görünür.
Fuad Muradov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki