image-qanunla-reklam
image-ashtiani

Qonşularımıza hörmət edirik, ancaq dözməyəcəyik – Aştiani

image-lady-day-az

Biz İran xalqının hüquqlarını pozan istənilən addıma qətiyyətlə cavab verəcəyik.

Qanunla.Az “Tasnim”ə istinadla xəbər verir ki, bu sözləri İranın müdafiə naziri, general Məhəmməd Rza Aştiani deyib.

O qeyd edib ki, İran həm Qərbdən, həm də Şərqdən gələn təhdidlərə cavab verəcək:

“Bu reaksiya sərt və həlledici olacaq. İran bütün ölkələrin, xüsusən də qonşularının hüquqlarına, maraqlarına və ərazi bütövlüyünə hörmət edir, lakin biz sərhədlərimizdə təxribat törədənlərlə mütləq mübarizə aparacağıq”.

Qeyd edək ki, SEPAH ötən gün İraqda MOSSAD casusu adlandırdığı Peşrev Dizayinin evinə zərbə endirib, nəticədə bir yaşlı uşaq da daxil olmaqla, 5 nəfər ölüb. Pakistan ərazisində “Ceyş ül-Ədl”in qərargahına da zərbə endirib, nəticədə 2 azyaşlı ölüb.

İraq və Pakistan və zərbələrə görə İrana kəskin etirazlarını bildiriblər. İraq səfirini məsləhətləşmələr üçün geri çağırıb, həmçinin BMT TŞ-yə müraciət edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki