image-qanunla-reklam
image-1698814529_346971858037232

Qəzzada yenidən internet kəsildi

image-lady-day-az

Qəzza zolağında internet və telefon şəbəkələri tamamilə kəsilib. Bu, bir həftədən az müddətdə Qəzza zolağında ikinci belə fasilədir.

“Qanunla.az” xəbər verir ki, bu barədə Fələstin Telekommunikasiya Şirkəti (Paltel) məlumat yayıb.

Keçən həftə internet və telefon şəbəkələri kəsilmişdi, lakin həftə sonu bərpa edilib. Bundan sonra HƏMAS İsraili Qəzza zolağında “qırğın törətmək” üçün kommunikasiyaları kəsməkdə ittiham edib.

Fələstinin telekommunikasiya operatoru “Jawwal” kəsilməyə görə İsrailin “ağır bombardmanını” günahlandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki