image-qanunla-reklam
image-1695630216-fotojet-2022-08-14t092626-098

“Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilsin” – Deputat

image-lady-day-az

“Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilməlidir”.

“Qanunla.az” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.

” “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanun mövcuddur. Bu qanun 1999-cu il mayın 21-də Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanıb. Artıq bu gün məcburi köçkün anlayışı Azərbaycan üçün tarixin arxivinə gömülməkdədir. Həm bu səbəbdən, həm də Qərbi Azərbaycana qayıdış konsepsiyasına uyğunlaşdırmaq baxımından elə hesab edirəm ki, bu qanuna yenidən baxılmalı, Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilməlidir”,- deyə ica sədri qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki