image-qanunla-reklam
image-69913806f41870d9766b83c31ea3f729_1266575

Qardaşlıq münasibətlərinin rəmzi

image-lady-day-az

Qardaşlıq münasibətlərinin rəmzi

44 günlük İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrini diz çökdürən Azərbaycan Ordusu bu Zəfərimizdən əvvəl də işğalçı dövlətə dəfələrlə dərs vermişdi. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı bunun bariz nümunəsidir. Lakin Ermənistan bu dərslərdən nəticə çıxarmadı, əksinə yeni ərazilər uğrunda müharibə planları hazırladı. 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları bu planlarının nümayişi oldu. İşğalçı dövlət tarixdə heç zaman unuda bilməyəcəyi dərsi aldı.

10 dekabr 2020-ci il tarixdə Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirak etdiyi paradda Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalarla yanaşı, düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən silah-sursatı, hərbi texnikaları da nümayiş olundu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə xalqa müraciətlərində daim düşmənin döyüş meydanında məhv edilən və qənimət kimi götürülən hərbi texnikası barədə ətraflı məlumat verərək bunların Azadlıq meydanında keçiriləcək hərbi paradda nümayiş etdirələcəyini bildirirdi. Cənab İlham Əliyev müharibəni böyük Qələbə ilə başa vuracağımıza əmin idi. Azərbaycan Ordusunun döyüş ruhu, qələbə əzmi belə bir əminliyə əsas verirdi. 30 illik işğal dövründə ən yüksək tribunalardan  sülh danışıqları səmərə vermədiyi təqdirdə  hərb variantının istisna edilməməsi də Silahlı Qüvvələrimizin gücünə, qüdrətinə inamdan irəli gəlirdi.

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycan Ordusu tarixinin ən şərəfli dövrünü yaşayır. Silahlı Qüvvələrimiz qarşısında dayanan bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyümüzü və suverenliyimizi müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Bu ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirlərinin nəticələri Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu bir daha təsdiqlədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 sentyabr tarixində xalqa müraciətində bəyan etdi: “Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.” Tarixi Zəfərimizdən çox keçmədi ki 2021-ci il 15 iyun tarixində Qarabağın tacı Şuşada Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyi üçün yol xəritəsi olan Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd dünyaya növbəti mesaj oldu: Dünya miqyasında Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ikinci  ölkələr  yoxdur.

Həmidova Günay

Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki