image-qanunla-reklam
image-1661340110-fac4fdd9-58e4-4862-8054-f9e98822e936

“Qarabağ və Şərqi Zəngəzura sakinlərin Qayıdışının təməli qoyulub” – Baş prokuror

image-lady-day-az

Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində çoxsaylı dövlət qurumları, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.

Qanunla.Az  xəbər verir ki, konfransı giriş sözü ilə açan Baş prokuror Kamran Əliyev müstəqil Azərbaycan dövlətinin banisi və xilaskarı, müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin müzəffər davamçısı, tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən milli inkişaf konsepsiyasının müasir çağırışlara müvafiq surətdə uğurla, inamla həyata keçirilməsi nəticəsində ölkəmizin növbəti onilliklər üçün tərəqqisini təmin etdiyini qeyd etmişdir.
Bildirilmişdir ki, tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan şanlı Zəfər regionumuzda yeni geosiyasi reallıqlar yaratmaqla Ölkə başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən misli görünməmiş sürətli bərpa-quruculuq işləri Qarabağ və Şərqi Zəngəzura əzəli-əbədi sakinlərinin Qayıdışının təməlini qoymuşdur.

Vətən müharibəsinin Qələbə ilə başa çatmasından cəmi 1 il 8 ay sonra “Ağıllı kənd” layihəsinin ilk nümunəsi olaraq Zəngilanın rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilməklə sakinlərin yüksək keyfiyyətli, müasir texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunması xüsusi vurğulanmışdır.

Baş prokuror ötən əsrin əvvəllərindən başlayaraq ölkəmizə qarşı absurd torpaq iddiaları əsasında aparılmış məqsədyönlü etnik təmizləmə, soyqırımı siyasəti və hərbi təcavüz nəticəsində azərbaycanlıların öz dədə-baba torpaqlarından zorla köçürülməklə 400 mindən artıq qaçqın və 850 min nəfərədək məcburi köçkün olmaqla, ümumilikdə 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını, 1994-cü ildə ölkə əhalisinin hər 7 nəfərindən 1-nin qaçqın və ya məcburi köçkün olmaqla digər ölkələrlə müqayisədə dünyada bu baxımdan ən yüksək nisbi göstəriciyə malik olduğunu bildirmişdir.

Ermənistanın hərbi təcavüzü nəticəsində məcburi köçkün düşmüş Azərbaycan vətəndaşlarının demək olar ki, bütün fundamental insan hüquq və azadlıqlarının pozulduğu qeyd edilməklə ölkə başçısının tapşırığına uyğun olaraq prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə erməni təcavüzü nəticəsində vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası, ölkəmizə dəymiş maddi-mənəvi zərərə görə bütün təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlərin görüldüyü diqqətə çatdırılmışdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki