image-qanunla-reklam
image-1663997782_bez-nazvaniya

Qarabağ qazisi: “Problemlərimin hamısı olduğu kimi qalır, heç nə həll olunmur” – VİDEO

image-lady-day-az

Qanunla.az: – İmişli rayon sakini, eyni zamanda 44 günlük vətən müharibəsi zamanı düşmənə qarşı mübarizədə sağlamlığını itirmiş Nahid Şıxalıyev yenidən “DogruXeber.az“a müraciət edib.

Agentliyimizin tərkibində fəaliyyət göstərən “Kanal14” YouTube kanalımızda “Kamalın zamanı” proqramı ilə canlı bağlantı yaradan qazi Nahid Şıxalıyevin dəfələrlə müvəqqəti yaşamaq üçün fərqi yoxdur yataqxana, yaxud ev – heçolmasa bircə otaqlı da olsa yer istədiyini və bununla bağlı agentliymizdə də məlumatlar yayımlandığını izləyicilərimiz bilir yəqin ki?!

Nahidin bu istəyi yerli İcra Hakimiyyəti tərəfindən artıq iki ilə yaxındır ki, təmin edilməyib. Bildirir ki, hələ də ailəsi və azyaşlı övladı ilə kirayədə yaşayır və kirayə pulunu verməkdə çətinlik çəkir.

Nahid Şıxalıyev bildirir ki, – “Əlillər üçün verilən avtomobil növbəsinə yazılmışdım, ordan da imtina gəldi. Lakin, imtinanın səbəbi mənə bildirilməyib.
“Özünüməşğulluq” proqramına qoşulub, təsərrüfatla – heyvandarlıqla məşğul olmaq istədim, o da olmadı.

Mənə heçolmasa əkin üçün torpaq sahəsi də verilmir. Rayonda müraciət etmədiyim dövlət idarələri qalmayıb. Hansına üz tuturam, əlim ətəyimdən uzun qayıdıram. Artıq, kimə, hara müraciət edəcəyimi bilmirəm”.

Aidiyyatı tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki