image-qanunla-reklam
image-1667281164_62a19e3949ddb62a19e3949dde1654758969fee22721e13bd13870d283b234121b02

Qanunsuz ov edənlər cəzalandırılıb

image-lady-day-az

Xəzər dənizinin Bakı şəhəri, Xızı və Lənkəran rayonları akvatoriyasında, Şəmkir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bu barədə Qanunla.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Emin Alməmmədov, Vaqif Nəbizadə, Sumqayıt şəhər sakini Elnur Nəcəfov, Lənkəran rayon sakinləri Babək Xəlilov, Mehman İbayev, Şahan Rzayev, Şəmkir rayon sakini Rafiq Məmmədov, Astara şəhər sakini Zakir İsayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 1700 metr uzunluğunda sintetik tor götürülüb.

Eyni zamanda ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Mingəçevir şəhər sakinləri Yaşar Məmmədov, Səbuhi Aslanov, Cəlilabad rayonu sakinləri Bəhruz Nuruşlu, Elçin Qurbanov, Sabirabad rayon sakinləri Səxavət Məmmədov, Nəbi Quliyev, Seymur Qəniyev, Biləsuvar şəhər sakini Təbriz Gəncəli saxlanılıb.

Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki