image-qanunla-reklam
image-netanyahu-yeni

Qalib gəldikdən sonra bu iki addımı atacağıq – Netanyahu

image-lady-day-az

İsrailin Qəzza zolağında hərbi əməliyyatının məqsədi Fələstin anklavının demilitarizasiyası və deradikallaşdırılmasıdır.

Qanunla.Az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib.

“HƏMAS-ı məğlub etdikdən sonra biz iki şeyi etməliyik: birincisi, Qəzzanı demilitarizasiya edirik, ikincisi, Qəzzanı deradikallaşdırırıq. Eyni şey Almaniya, Yaponiya və s. ölkələrdə də edilib”, – baş nazir söyləyib.

O, həmçinin bildirib ki, girovların azad edilməsi ilə bağlı razılaşmalar yerinə yetirildikdən sonra İsrail HƏMAS-la mübarizəni davam etdirəcək, çünki radikal Fələstin hərəkatı yenidən israillilərin kütləvi qətllərini törətmək niyyətindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki