image-qanunla-reklam
image-1697002267-pasinyan

“Putinlə görüşümlə bağlı bir sirri açmaq istəyirəm” – Paşinyan

image-lady-day-az

“2018-ci ildə Soçidə Rusiya Federasiyasının Prezidenti ilə mənim aramızda olan ilk görüşlə bağlı bir sirri açmaq istəyirəm”. 

“Qanunla.az” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

O, bildirib ki, İrəvan münasibətlərini ilk söhbətdə əldə olunmuş razılaşmalar əsasında qurur: “Rusiya Federasiyasının Prezidenti dedi: “Mən bilirəm ki, Rusiyanın müxtəlif ölkələrin işlərinə qarışması, onların suverenliyini daim aşağılaması barədə çoxlu şayiələr var”. O, Ermənistanın müstəqilliyinə, suverenliyinə və qərar qəbul etmək azadlığına qeyd-şərtsiz hörmət etdiyini bir daha təsdiqləyib. Biz münasibətlərimizi mahiyyətcə həmin ilk söhbətdə əldə olunmuş razılaşmalar əsasında qururuq. Biz heç nəyi dəyişmirik, heç bir öhdəliyimizi yerinə yetirməkdən imtina etməmişik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki