image-qanunla-reklam
image-1698909190-62d7b8b51783e

Putin xüsusi nümayəndəsi ilə Rəisiyə mesaj göndərdi

image-lady-day-az

Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentev Vladimir Putinin mesajını İran Respublikasının prezidenti İbrahim Rəisiyə çatdırıb. 

“Qanunla.az” xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Noyabrın 1-də Tehrana gedən Rusiya prezidentinin xüsusi nümayəndəsi İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb və o, Vladimir Putinin mesajını İran prezidentinə çatdırıb.

Qeyd olunur ki, Əhmədian və Lavrentev Yaxın Şərq regionunda son dəyişiklikləri, Qəzza zolağındakı vəziyyəti və bu məsələdə Tehranla Moskvanın əməkdaşlığını müzakirə ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki