image-qanunla-reklam
image-mehkeme4

“Prius”u polislərin üstünə sürməkdə ittiham olunan şəxsə hökm oxundu

image-lady-day-az

Bakıda “Prius”u polislərin üstünə sürməkdə ittiham olunan Rauf Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Rauf Qurbanov 9 il azadlıqdan məhrum edilib.

Döblət ittihamçısı ona 10 il cəza istəyib.

Qeyd edək ki, bu il aprelin 28-də əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanovun Bakıda idarə etdiyi “Toyota Prius” markalı avtomobildə külli miqdarda narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub. Aparılmış araşdırmalarla R. Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin 3 xidməti polis avtomobili və 2 vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib.

Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə Rauf Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki