Aktyor Corc Qafarova Prezident İlham Əliyev mənzil verib.

“Qanunla.az” xəbər verir ki, bu haqda Corc sosial şəbəkə hesabında paylaşım edib. O, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təqdim etdiyi sənədin fotosunu yayımlayıb.

“Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla mənzillə təmin olundum. Buna görə dövlət başçımıza sonsuz təşəkkürümü bildirirəm”, – deyə Corc qeyd edib.

Bildirək ki, Corc və qardaşı Jerar anasını itirdikdən sonra 2 saylı uşaq evində qalıb. Daha sonra müğənni Roza Zərgərli onları övladlığa götürüb.