image-qanunla-reklam
image-1698993872-1577108201_president_musahibe_231219_1

Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti

image-lady-day-az

Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti

44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.

2020-ci ilin 10 noyabr tarixində Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarılaraq, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı. Düşmən ölkə döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla və kasetli bombalarla atəşə tutulmuşdur. Bu gün Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan cənab İlham Əliyev xilaskar liderdir. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü.

Prezident cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan Azərbaycan xalqına müraciətində söyləyib ki, İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Böyük qürur hissi keçiririk ki, bu qələbə və uğurlar Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən son 20 il ərzində həyata keçirilən “Güclü ordu – güclü dövlət” strategiyasının və «Dəmir yumruq» əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığının bütün dünyaya nümayişi idi.

Məhz Qalib Sərkərdəmiz 2020-ci ildə Vətən müharibəsində «Dəmir yumruq» əməliyyatı ilə cəmi 44 günə Ermənistan diz çökdürüldü, 30 illik həsrətə son qoyaraq bu gün Xankəndidə üçrəngli Bayrağımız ucalır. Xankəndidə dövlət bayrağını qürurla qaldıran Qalib sərkərdəmiz, Prezident cənab İlham Əliyevin də dediyi kimi, bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir. Bütün bu nailiyyətlər Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qalib ölkənin, qalib Sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığı, xalqımızın alternativsiz lideri, yeganə inam ünvanıdır, xilaskardır, qəhrəmandır.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev

 

 

“Dəmir yumruq” – xalq və ordu birliyinin təcəssümü

Müharibə təkcə hərb, güc, döyüş demək deyil, o, həm də zəkaların savaşıdır. Adları dünya hərb tarixinə yazılan sərkərdələr həm də ağlın, sağlam düşüncənin sayəsində döyüş meydanlarını qalib kimi tərk ediblər. Müharibələrin də mərhələləri olur və həlledici döyüşləri, taktiki gedişləri ilə yadda qalır. Elə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qələbəmizi təmin edən “Dəmir yumruq” kimi. “Dəmir yumruq” əməliyyatı mütəxəssislər tərəfindən öyrənildikcə, onun üstünlükləri, fərqli cəhətləri daha aydın görünəcək.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasətinin strateji istiqamətlərindəndir.

2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev rəhbərliyi, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Milli həmrəyliyimizin təcəssümü olan bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Sonda Müzəffər Azərbaycan Ordusunun əzmi qarşısında gücsüz qalan  Ermənistan höküməti məğlubiyyətlərini etiraf etməyə məcbur oldular. 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin iştirakı ilə imzalanmış üçtərəfli bəyanatla Ermənistanın hərbi kapitulyasiyası imza atmalı oldu. Ali Baş Komandanın əmri ilə “Dəmir yumruq” əməliyyatı adı altında işğal edilmiş ərazilərimizin azadlığı uğrunda 44 günlük şanlı tariximizi yazan, Zəfər yürüşünə başlayan Azərbaycan Silahlı Qüvvələri qələbə qazandı.

Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir. Ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi “dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən öyrənilir.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru-Rəşad İsmayılov

 

  

Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı.

XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası ötən 30 ildə çətin və şərəfli yol keçərək sürətli tərəqqi, iqtisadi inkişaf və günbəgün artan siyasi-hərbi qüdrəti ilə müasir beynəlxalq münasibətlər sistemində nüfuzlu aktor kimi layiqli yerini tutmuşdur.

Müstəqil Azərbaycan dövlətinin memarı, bütün varlığı ilə ölkəsinə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, daim sevgi və rəğbətlə anılan ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün mərhələlərində Vətən, xalq, milli dövlətçilik naminə misilsiz xidmətlər və xilaskarlıq missiyası nümunəsi göstərmişdir. Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının və zəngin irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və uğurlu müstəqil dövlətçilik, azərbaycançılıq, quruculuq və dünya miqyasında böyük hörmətlə qəbul edilən sülhsevər siyasəti sayəsində Azərbaycan bütün çətinlikləri arxada qoyaraq iqtisadi yüksəlişinin, beynəlmiləl mövqelərinin daha da möhkəmlənməsi dövrünə qədəm qoymuşdur. Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən müasir dövlət quruculuğu istiqamətində dönmədən və müvəffəqiyyətlə aparılan irimiqyaslı islahatlar ölkədə bütün sahələrin sürətli inkişafına təkan vermişdir. Ulu Öndərin şah əsəri – güclü Azərbaycan dövləti öz müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla bir daha sübuta yetirmişdir.

Azərbaycanda fəaliyyət göstərən sənaye müəssisələri arasında xüsusən strateji əhəmiyyət kəsb edən müdafiə sənayesi məhsulları istehsal edən zavodların fəaliyyət göstərməsi respublikamızın kompleks inkişaf yolunda qazandığı böyük nailiyyətdir. Silahlı qüvvələrimizin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər mühüm işlər görülüb. Ordumuz yeni texniki imkanlar əldə etməklə həm də müasir, dünyada təcrübədən çıxmış müharibə və döyüş taktikalarını da mənimsəyib.

Bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malik ölkə statusunu daşıyır. Cənubi Qafqazda ən güclü ordunun Azərbaycana məxsus olması həm region, həm də dünya dövlətləri tərəfindən etiraf olunur. Respublikamız Silahlı Qüvvələrin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru-Kəmalə Əliyeva 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki