“Ulu öndər Heydər Əliyevin gənclərə ən böyük hədiyyəsi olan bu əlamətdar tarixin təsis edilməsindən 26 il ötür” Həmin tarixdən 2 fevral ölkəmizdə Gənclər günü kimi təntənəli qaydada qeyd olunur. Gənclərimizin ölkənin bütün sahələrdə inkişafında fəal iştirakı qürurvericidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Bu gün sosial həyatın bütün sferalarında gənc kadrların əksəriyyət təşkil etməsi ölkədə aparılan gəncləşmə siyasətinin uğurla icra olunmasının bariz nümunəsidir”.
“Bizim gənclər 44 günlük Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan qalib gənclərdir. Ən şərəfli ad olan Qazi və Şəhid adını daşıyanlar da bizim gənclərimizdir” Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ölkəmizin gələcəyi indiki gənclərdən asılıdır.
Ümummilli Lider Heydər Əliyev: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. “Shirvan Operating Company Ltd” Şirkətinin kollektivi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir” devizi altında 100 ədəd müxtəlif növ ağacın əkilməsi aksiyası təşkil edildi.
Azərbaycan Gəncləri Günü münasibətilə səmərəli və nümunəvi əmək fəaliyyəti göstərən bir qrup fəhlə, mütəxəssis, fəal Gənclər Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri fərmanlar və Hədiyyələr təqdim olundu. Gənclərimiz bu gün qazandıqları uğurlar üçün Respublika Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə həmçinin “Shirvan Operating Company Ltd” Şirkətinin rəhbərliyinə, kollektivinə minnətdarlıqlarını bildirdilər. Bu əlamətdar gün münasibətilə bütün gəncləri təbrik edirəm.
Hörmətlə,
“Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Həmkarlar İttıfaqı Komitəsinin sədri Məmmədov Taleh