image-qanunla-reklam
image-eliyev-cixis-1

Peşə fəaliyyəti

image-lady-day-az

Peşə fəaliyyəti

Prezident cənab İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. Cənab Prezident 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

Cənab Prezident 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidi olub. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, Avropa Şurası Parlament Assambleyasında Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs vermişdir. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Azərbaycan xalqı cənab İlham Əliyevi Prezident seçməklə Ulu öndər Heydər Əliyevin siyasi kursuna səs verdi.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Prezident İlham Əliyev hər zaman xalqın dəstəyinə güvənmişdir

2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs vermişdir. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Azərbaycan xalqı cənab İlham Əliyevi Prezident seçməklə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Bu səbəbdən də 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanıb və ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan cənab İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti olub. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də cənab İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq dördüncü dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Tam əminliklə deyirəm ki, qarşıdan növbədənkənar prezident seçkilərində də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqının seçimi olacaqdır.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi.

Cənab İlham Əliyev tərəfindən Prezidentliyin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Prezident cənab İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi ötən dövr ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.
Prezident cənab İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub.

Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr lokalxarakterli antiterror əməliyyatı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatması ilə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olundu. Xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

 

Reallığa çevrilən Zəngəzur dəhlizi

Azərbaycanın tarixi torpaqlarını düşmən işğalından azad etməsi ilə regionda yeni geosiyasi mənzərə yarandı. İlk növbədə, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Azərbaycan tarixi sərhədlərinə nəzarəti özünə qaytardı. Bununla yanaşı, uzun illər blokada şəraitində qalan Naxçıvanla birbaşa əlaqəni yenidən bərpa etmək üçün əlverişli imkan yarandı.  Eyni zamanda Azərbaycanın 44 gün­lük Vətən müharibəsində əldə etdiyi möh­təşəm qələbə ölkəmizin tranzit imkanları­nın daha da genişləndirilməsi üçün real şərait formalaşdırdı. Asiya ilə Avropa ara­sında nəqliyyat qovşağı rolunu oynayan Azərbaycanın ərazisindən keçən Orta Dəhlizin əsas qollarından sayılan Zən­gəzur dəhlizinin açılması tarixi zərurətə çevrildi.

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun Şərqlə Qərbi birləş­dirən mühüm nəqliyyat qovşaqlarının yaxınlığında yerləşməsi burada bir sıra infrastruktur layihələrinin icrasına zərurət yaradır. Artıq həmin ərazilərin regional və beynəlxalq layihələrin icra olunduğu məkana çevrilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng tikinti-quru­culuq işləri, burada inşa olunan ən müa­sir avtomobil və dəmir yolları, beynəlxalq hava limanları, eləcə də ərazinin “yaşıl enerji” potensialının hərəkətə gətirilməsi istiqamətində görülən işlər isə Zəngəzur dəhlizinin fəaliyyəti üçün əlverişli imkanlar yaradır.  Zəngəzur dəhlizi Azərbaycan üçün si­yasi əhəmiyyət daşımaqla yanaşı, iqtisa­di cəhətdən də olduqca əlverişlidir. Eyni zamanda tarixi zərurətin nəticəsi olan bu marşrutun reallığa çevrilməsi Orta Dəh­liz boyunca yerləşən ölkələrə də böyük iqtisadi fayda gətirəcək. Belə ki, yolun məsafə baxımından qısa olması yüklərin mənzilbaşına daha tez çatdırılmasına im­kan verəcək. Təsadüfi deyil ki, mütəxəs­sislər Çindən Avropaya və əks istiqamət­də daşımaların Azərbaycan üzərindən reallaşmasını olduqca səmərəli hesab edirlər. Onların qənaətinə görə, Zəngəzur dəhlizinin işə düşməsi beynəlxalq iqtisadi reallıqların tələb etdiyi regional inkişafa güclü təkan verəcək. Zəngəzur dəhlizi daxi­li iqtisadi proseslər baxımından da xüsusi əhəmiyyət daşıyır. Belə ki, dəhlizin işə düşməsi Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərini sürətləndirməklə yana­şı, bölgədə iqtisadi fəallığın artmasına və sənayeləşmənin sürətlənməsinə səbəb olacaq. Eyni zamanda Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi olan Naxçıvan­la yanaşı, Türkiyə və Avropanı da nəqliyyat baxımından ölkəmizlə birləşdirəcək. Bun­dan əlavə, Çin və Orta Asiya ölkələrindən Azərbaycana daxil olan yüklər Zəngəzur dəhlizi ilə Türkiyəyə, oradan Avropaya və əks istiqamətə daşınacaq. Dəhlizin fəa­liyyəti dövründə yol boyu texniki xidmət mərkəzləri, mehmanxana və digər iaşə ob­yektləri yaradılacaq ki, bu da ölkədə əlavə iş yerlərinin açılmasına səbəb olacaq.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Sözü və əməli bir olan Prezident İlham Əliyev

Müasir dövrümüzdə ölkəmizdə bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə düşünülmüş siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın dünyanın inkşaf etmiş ölkələri sırasında nüfuzu, çəkisi olan dövlətə çevirib. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir, onun əbədiliyi təmin edilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, 2003-cü ildən bu günə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Ümummilli Lider Heydər Əliyev siyasəti davam etdirilir. Cənab Prezident bütün bu illər ərzində, Ulu Öndər Heydər Əliyevin demokratik-hüquqi və dünyəvi dövlət quruculuğuna yönəldilmiş müstəqillik siyasətini qətiyyətlə həyata keçirib.

Prezident İlham Əliyev hələ 20 il əvvəl bəyan etmişdi ki, prezident seçiləcəyi təqdirdə regionların inkişafına prioritet məsələ kimi baxacaq. Dövlət başçısının bu istiqamətdə atdığı mühüm addımlar, sözü ilə əməlinin eyni gücə malik olduğunu təsdiqləyir. Bu gün Azərbaycan inkişaf və tərəqqi dövrünü yaşayır. Həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində, respublikamızın bütün bölgələrinin siması tamamilə dəyişib, şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb. Regionlarda yeni iş yerlərinin açılması və qeyri-neft sektorunun inkişafı, daha çox valyuta gətirən strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bütün imkanlardan istifadə edilməsi əhalinin məşğulluğunu daha da artırmışdır. Prezident cənab İlham Əliyevin dərindən düşünülmüş daxili islahatları və ölçülüb-biçilmiş xarici siyasəti sayəsində hazırda Azərbaycan dinamik inkişaf edən ölkədir. Təbii ki, sabitlik, təhlükəsizlik və inkişaf bu mərhələni xarakterizə edən əsas amillərdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir: “Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət bunu təsdiqləyir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq və sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir”. Azərbaycan bu gün dünyada sabitlik adası kimi tanınır. Sabitlik və təhlükəzsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə olan monolit birliyidir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın Prezident cənab İlham Əliyevə olan inamı, etimadı və etibarı ilə bağlıdır.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki