image-qanunla-reklam
image-1678092375-e03ced7e034443157ad9c8a710c31c60

PDM ekipajları ilə döyüş atışlı məşğələlər keçirilir – VİDEO

image-lady-day-az

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən, piyadaların döyüş maşınları (PDM) ekipajlarının praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə döyüş atışlı məşğələlər keçirilir.

Müdafiə Nazirliyindən “Qanunla.az”a verilən məlumata görə, ümumqoşun poliqonunda keçirilən məşğələlərdə PDM ekipajları sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmaları icra ediblər.

Çətin keçilən ərazilərdə təbii və süni maneələrin dəf edilərək döyüş maşınlarının idarə olunması, eləcə də zirehli texnikadan hərəkətdə və dayanaraq atəş açma üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Məşğələlər zamanı əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da artırılmasına yönəldilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki