image-qanunla-reklam
image-1697787151-2

“Paşinyan buna aydınlıq gətirməlidir” – Sergey Kopirkin

image-lady-day-az

Ermənistandan Rusiyaya gələn ziddiyyətli sözlərin müəllifləri (Nikol Paşinyan – red.) aydınlıq gətirməlidir.

“Qanunla.az” xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin “Sputnik Ermənistan”a açıqlamasında deyib.

Səfir bu konteksdə Ermənistanın baş nazirinin anti-Rusiya mövqeyinə toxunaraq deyib: “Nikol Paşinyan Qarabağın əhalisinin azaldılmasında Rusiya sülhməramlılarını və BMT-ni günahlandırır. İki ölkənin iqtisadi əlaqələrinin necə inkişaf etdiyini görmək kifayətdir: Ermənistan-Rusiya ticarət dövriyyəsi ötən il 5 milyard dollar olub, bu il isə daha böyük sürətlə artır. İlk 8 ay ərzində artıq 4 milyard dolları keçib. Ermənistan-Rusiya münasibətləri ilə bağlı qalmaqallı bəyanatların müəllifləri izahat verməlidirlər ki, hamı başa düşsün. Bu mövzu həqiqətən də ölkələrimiz və xalqlarımız üçün çox vacibdir, ona görə də aydınlıq arzuolunandır.

Aydındır ki, Rusiyanın öz maraqları var və bunu həyata keçirəcək. Bununla belə, mən tam əminəm ki, Rusiyanın ən mühüm, əsas maraqlarından biri odur ki, regionda sakitlik olsun, burada hərbi eskalasiya olmasın, sabit və iqtisadi cəhətdən səmərəli həyat üçün həqiqətən şərait yaradılsın”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki