image-qanunla-reklam
image-inshot_20221121_125608113-300x300

Özəlləşdirmə çeki sahiblərindən müraciət: Milli Məclisdən xahiş və tələb olunur

image-lady-day-az

Hörmətli deputatlar, sizdən yüz minlərlə ailələr adından öz sələfilərinizin səhvlərini düzəltməyi və tarixi cinayətə son qoymağınızı xahiş edirik…

https://millitribuna.az/blog/%c9%99mlak-komit%c9%99sinin-oz%c9%99ll%c9%99sdirm%c9%99-cekl%c9%99rini-adi-kagiz-kimi-q%c9%99l%c9%99m%c9%99-verm%c9%99si-cinay%c9%99tdir/

Artıq 12 ildir ki, özəlləşdirmə çeklərinin fərmanla tədavüldən çıxarılması, qanunlara uyğun olaraq kompensasiya ödənmədən dövriyyədən çıxarılması və özəlləşdirilmənin aparılması korrupsiya cinayətidir. Özəlləşdirmə payı hüquqdur və qanunla verilib. Özəlləşdirmə çekləri bu miras mülkiyyət payını və hüququnu təsdiqləyən dövlət qiymətli kağızıdır. Fərman isə bu qanunu icra edərək, vətəndaşlar üçün bu çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirilib. Fərman heç bir hüquq vermir və almır. Ancaq bu hüququn verdiyi əmlak payının qanunla qoyulmuş qaydada vətəndaşlara verilməsini icra edir. Ulu Öndərin qanunla təsdiqlədiyi qaydaya əsasən, birincili olaraq özəlləşdirmə çekləri yerləşdirildikdən sonra özəlləşdiriləcək bütün orta və iri dövlət müəssisələrinin dəyərinin 65%-i özəlləşdirmə çekləri ilə əvəzlənməlidir.

Xahiş edirik oxuyun: https://www.qanunla.az/cenab-prezidenti-kim-aldadir/

Yaxşı fikirləşin. Sizcə, cənab prezident özünün və xalqın düşmənidirmi?

Əziz deputatlar, “Facebook”da Özəlləşdirmə Çekləri Qrupunun yüz minlərlə ailələr adından hazırladığı bütün hüquqi faktlarla buradan tanış ola bilərsiz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

Deputatların çoxunun ailəsində, qohum və dostlarının ailəsində də özəlləşdirmə çeklərini Ulu Öndər Heydər Əliyevin vədinə inanaraq saxlayanlar var. Əmlak Komitəsinin cənab prezidentin adından istifadə edərək dövlət qiymətli kağızı olan özəlləşdirmə çeklərinə heç bir hüquq verməyən kağız parçası kimi “DÖVRİYYƏDƏN ÇIXARILMIŞDIR” deməsi və mətbuatda yayması CİNAYƏTDİR. Əmlak Komitəsi xalqı nə vaxta qədər aldadacaq? Məmurların özbaşınalığı və sadə vətəndaşlara belə psixi və mənəvi təzyiqi nəticəsində bəzi vətəndaşlar ailələrinin 25 ildir ümidlə saxladıqları özəlləşdirmə çeklərini adi kağız parçası, suvenir kimi 28 may metrosundakı Əmlak Komitəsi məmurlarının nəzarət etdikləri qara bazara satırlar. Bu, bəzi oliqarx deputatlar, məmur və hüquqşünasların xalqa məxsus əmlaklarını öz çirkli pulları ilə ələ keçirmək hiyləsidir. Əmlak Komitəsi məmurlarının cinayət edərək prezidenti və xalqı aldatdıqları bəs deyilmiş kimi, hətta HƏYASIZLIQ və ŞƏRƏFSİZLİK edərək çoxsaylı ziyalıların, akademik və professorların, deputatlar və hüquqşünas alimlərin mətbuat vasitəsilə özəlləşdirmə çeklərinin qanunla bu gün ən bahalı dövlət qiymətli kağızı olduğunu əsaslandırmasına, xalqı marifləndirməsinə və hüquqi səhvlərin aradan qaldırılması üçün çağırışlar etməsinə cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı şayiələri insanların aldadılmasına və onların etibarından sui-istifadəyə yönəlmiş addım kimi dəyərləndirir və vətəndaşları bu cür şaiyələrə inanmamağa çağırır. “Bu cür əsassız məlumatları yayanların hüquqi məsuliyyət daşıdığını onlara bir daha xatırladırıq” yazaraq mətbuatda açıq surətdə Konstitusiya və qanunlara əməl edərək işi araşdırmaq əvəzinə vətəndaşları, ziyalıları, deputatları və hüquqşünasları hədələyirlər.

Cənab Prezidentin bu problemdən tam xəbəri var deməklə, kimlərsə bu barədə danışmağa qadağa qoymağa çalışaraq öz çirkli əməllərini birbaşa prezidentin üstünə atırlar. Hətta cinayətkar oliqarx məmurlardan asılı olan bəzi deputatlar prezidentin bu barədə danışmağa qadağa qoyduğunu deyərək, susmağı tövsiyə edirlər. Əmlak Komitəsi xaincəsinə cənab prezidentin adından istifadə edərək özəlləşdirmə çeklərini dövriyyədən çıxıb, gələcəkdə heç bir hüquq verməyən adı kağız parçasıdır və kim çekləri qiymətli kağız kimi qələmə verirsə, o şəxslər hüquqi məsuliyyət daşıyır kimi yalan məlumatları mətbuatda yaymaqla hamını hədələyirdi və qorxudurdu. Hələ 2017-ci ilin fevralında hətta Milli Məclisin keçmiş sədri Oktay Əsədov bu problemin aradan qalxması üçün çalışan hörmətli deputat Zahid Orucun sözünü təhqiramiz surətdə kəsirdi. Vətən müharibəsi zamanı cənab prezidentin “mən hər şeyi bilirəm və nəyi nə vaxt edəcəyimi bilirəm” ifadəsi daxili düşmənlər, dələduz məmurlar tərəfindən şüar edilərək öz çirkin əməllərini həyata keçirmək və düzgün məlumatları sizdən və cənab prezidentdən gizlətmək üçün məharətlə istifadə edilir. Cənab prezident əlbəttə hər şeyi bilməlidir, ancaq o öz qərarlarını məmurlardan aldığı informasiyalar əsasında verir. Özəlləşdirmə çekləri barədə qanunların və Konstitusiyanın pozulması və səhvlər bəzi məmurlara sərf etdiyi üçün, bəziləri isə öz əməllərindən qorxduqları üçün bu gün də ən yüksək səviyyədə həqiqətləri cənab prezidentdən gizlədilirlər.

Mətbuatda vətəndaşlara beynəlxalq məhkəmədə mütləq udacaqları barədə tövsiyələr verən çıxışlar olur. Çox sağ olsunlar ki, haqq və ədalətin vətəndaşların tərəfində olduğunu başa düşərək bu fikirləri söyləyirlər. Ancaq bu bizim dövlətə, prezidentə olan inamın, deputatlara olan inamın sonu demək olduğu vaxt baş verə bilər. İndi hörmətli deputatlar, söz sizindir. Ümidimiz sizədir. Bəzi deputatlar tam məlumatsızlıqdan öz səhvlərini düzəltmək əvəzinə, çeklərini saxlayan vətəndaşlara vaxtında satmaq lazım olduğunu deyirlər, bəziləri hər vətəndaş özü öz hüququnu qorumalıdır, bəziləri cənab prezidentin fərmanının Konstitusiyaya zidd olduğunu bilərəkdən vətəndaşların özlərinin Konstitusiya Məhkəməsinə müraciət etməsini təklif edir, bəziləri qanunun tələbini və qanunla təsdiqlənmiş Əmlak Payının bölgüsü qaydalarını yaddan çıxararaq sadəcə “vətəndaşları yola vermək lazımdır”, kimlərsə cənab prezidentin yeni fərmanına ehtiyac olduğunun vacibliyini deyirlər. Bu, biabırçılıqdır! Bəs, bu xalq sizi niyə seçib?!

Deputat Vüqar Bayramov hələ 2018-ci ildə 525-ci qəzetinə bildirmişdir ki, bugünkü qanunlarla bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65%-i çek sahiblərinin mülkiyyətinə verilməlidir, ancaq indi susur. Niyə? Əziz deputatlar, sizin “sələflərinizin” və məsuliyyətinizin nədən ibarət olduğunu bilərək xalqa və prezidentə qarşı cinayətlərin aradan qaldırılması üçün Milli Məclisdə təcili araşdırma aparılmasını və Konstitusiya Məhkəməsinə müraciət etməyinizi xahiş edirik.

https://www.facebook.com/groups/668471343515846/permalink/1587723841590587/

Sizcə, prezident özünün və ailəsinin gələcəyinə quyu qazır? Yəni cənab prezident bilə-bilə bu cinayətləri edir, atasının xalqa vədini pozur, Konstitusiya və qanunları pozur? Əlbəttə, yox. Bəs, bu necə oldu? Səbəb deputatların 2000-ci il Özəlləşdirmə Qanununda İcra Hakimiyyətinə Konstitusiyadan kənar səlahiyyətlər verməsi nəticəsində oliqarx məmurlar tərəfindən PA hüquqşünaslarının köməkliyi ilə cənab prezidentin və vətəndaşların mənafelərinin əleyhinə məharətlə istifadə olunur. PA Rəhbərliyinin köməkliyi nəticəsində ümumilikdə qanunun Konstitusiya Məhkəməsində Ekspertizası ya aparılmamışdı, ya da cənab prezidentə qərəzli olaraq əlavə səlahiyyətlər verilməsində maraqlı olmuşdular. Əlbəttə, bu cür konstitusiyadan kənar əlavə səlahiyyət verən qanun maddələri və fərman bəndləri prezidentə lazım deyil. Niyə? Çünki hamı gözəl bilir ki, nə Ulu Öndərin, nə də prezident İlham Əliyevin Konstitusiyadan kənar heç bir səlahiyyətə ehtiyacları olmayıb. Prezidentin özəlləşdirmə üçün heç bir qeyri-konstitusion qanuna və ya fərmana ehtiyacı yoxdur. Bir zəng və ya söz bəs edir ki, heç kim bu sözdən çıxmaq iqtidarında deyil.

Hazırkı vəziyyət cənab prezidentə qarşı xəyanətdir və korrupsioner obrazı yaratmaq üçün oliqarx məmurların və vicdansız hüquqşünasların əməlidir. Prezidentə tam və düzgün məlumatlar verməyərək, hətta bu barədə qanunlar və Konstitusiyada olan faktlarla danışanları cənab prezidentin şəxsi-siyasi düşmənləri kimi qələmə verməyə çalışırlar. Artıq hamı bilməlidir ki, belə məmurlar şəxsən prezidentin və dövlətçiliyin düşmənləridir. Sakit durmaq deputatları günahsız etmir, əksinə laqeydlik ən böyük günahdır. Deputatların vəzifəsi ən azından problemlərdən danışmaqdır. Məlumatsızlıqdan səhv etmək günah deyil, səhvi bilərək araşdırmamaq və prezidentə qarşı cinayət kimi istifadə olunacaq səhvləri aradan qaldırmamaq, xalqın haqqına girənlərə laqeyd olmaq isə… adını SİZ deyin!

Bu səhvlərin səbəbkarları 2000-ci ildə Özəlləşdirmə Qanununu hazırlayanlar, qəbul edənlər – yəni deputatlar, Konstitusiya Məhkəməsi və hüquq ekspertləridir. Əlbəttə, onların səhvləri nəticəsində özəlləşdirmə bəzi qanun maddələri ilə prezidentə verilən Konstitusiyadan kənar səlahiyyətlər nə Ulu Öndərə, nə də cənab İlham Əliyevə lazım idi. Mətbuatda uzun müddətdir işıqlandırılan bu ciddi problemə susmaq cinayətdir!

Xahiş edirik oxuyun: https://www.qanunla.az/emlak-komitesinin-ozellesdirme-ceklerini-adi-kagiz-kimi-qeleme-vermesi-cinayetdir/

Bu vəziyyətdən istifadə edən Əmlak Komitəsinin və PA hüquqşünasları cənab prezidenti aldadaraq qol çəkdirdikləri bəzi fərmanlarla baş verə biləcək bütün məsuliyyəti ölkə başçısının üstünə atırlar. Özəlləşdirmə miras əmlak payına özəlləşdirmə çekləri ilə verilən hüquq Konstitusiya və qanunlarla verilib. Prezident öz fərmanları ilə nə hüquq verə bilər, nə də hüququ ala və ya məhdudlaşdıra bilər. Heç bir qanun prezidentə Konstitusiyadan kənar səlahiyyət verə bilməz. Biz bilirik ki, cənab prezidentin bu səhvlərdə günahı yoxdur. Ancaq bunu kağıza tikmək mümkün deyil və bütün günahların gələcəkdə cənab prezidentə aid edilməsini istəyənlər də bunu yaxşı bilirlər. Böyük məharətlə və incəliklərlə qurulmuş bu gözəgörünməz tələ 11 il sonra hüquqşünas alimlər tərəfindən aşkar olundu. Artıq hamıya məlumdur ki, cənab prezidenti aldadaraq özəlləşdirmə çeklərinin tədavülünün fərmanla dayandırılması və qanunlara uyğun olaraq dövriyyədən çıxarılması korrupsiya cinayətidir. Konstitusiyanı pozan qanun maddələri ilə özəlləşdirmə barədə fərmanları imzalatdıranların məqsədi prezidentə əlavə səlahiyyətlər vermək deyil, əsas məqsəd Konstitusiya, qanunları və beynəlxalq insan hüquqlarını pozmaqla özəlləşdirmənin aparılmasında maraqlı olan oliqarx məmurların gələcəkdə öz cinayətlərini cənab prezidentin üzərinə qoymaq hiyləsi dayanır. Ulu Öndər Heydər Əliyevin və dövlət siyasətinin, tarixi sosial ədalət yolunun pozulması, həm də Konstitusiya və qanunların, Beynəlxalq İnsan Hüquqlarının pozulması faktlarının cinayət olması “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 9 və 11-ci maddələrində öz əksini tapır. Belə cinayətləri törədənlərə cinayət işi açılması üçün qanunla və beynəlxaq hüquqla vaxt məhdudiyyəti yoxdur. Bu isə o deməkdir ki, cənab prezidentə qarşı qurulmuş bu cinayət işi gələcəkdə şərəfsiz məmurlar və başqa qüvvələr tərəfindən korrupsiya halı kimi istifadə olunacaq.

https://www.qanunla.az/cenab-prezidenti-kim-aldadir/

Cənab Prezidenti kimlər aldadır?

PA Adminstrasiyası və hüquqşünasları “aradan çıxmış” kimi görünür. Əlbəttə, qanunlara və Konstitusiyaya uyğun tələb – yəni fərmanların başında əsaslandırma özəlləşdirmə çekləri ilə əlaqəli heç bir fərmanda yoxdur. Çünki əks halda fərmanları hazırlayanlar özləri birbaşa cinayət etdiklərini və cənab prezidentə qarşı cinayətkar əməlləri daha aydın olardı. Hətta fərmanla qəbul olunmuş 2-ci Özəlləşdirmə Dövlət Proqramının başında bu əsaslandırmanın yazılmaması faktı bir daha bu fərmanın Konstitusiyaya uyğun olmadığını sübut edir. Ehtimal edək ki, bu əməllər qərəzli olmayıb və sadəcə səhvdir. Bəs, indi niyə cənab prezidentdən bu səhv gizlədilir və hətta deputatlara bu barədə danışmağa qadağa qoyulur?! Çünki bu, kimlərinsə cənab prezidentə və xalqa qarşı əvvəlcədən planlaşdırılmış hiyləsidir. Qanunla Miras Əmlak Payı – mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq özəlləşdirmə çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirildiyindən sonra bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65%-lik mülkiyyət hüququ vətəndaşlara məxsusdur. Qanunla dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil. Dövlət ancaq ona aid olan 35%-i pulla sata bilər. Konstitusiya və qanunlarla dövlət artıq bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65% Əmlak Payını – mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan heç kimə sata bilməz. İnvestor qanunla ödəmənin əmək kollektivinin 15%-indən qalan +50% ödəmə hissəsini özəlləşdirmə çeklərinin nominal dəyəri ilə etməlidir. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin tarixi ədalət prinsiplərinə əsasən imzaladığı qanunla xarici investorlar da ancaq özəlləşdirmə çekləri əldə etdikdən sonra müsabiqələrdə iştirak edə bilər.

Əziz deputatlar, məmurlar və ziyalılar, bilirsinizmi ki, Mülki Məcəllənin 17-ci Maddəsi ilə kimlərə şərəfsiz deyirlər? Əziz deputatlar, bu gündən başlayaraq sizin susmağınz, cənab prezidentə və xalqa düzgün olmayan məlumatlar verməyiniz sizin günahkar olmağınızı sübut edən dəlil kimi gələcəkdə xalqa qarşı mütəşəkkil cinayət və düşmənçilik – sizə qarşı cinayət əməli kimi dəyərləndiriləcək. Artıq hamı bilir ki, 2000-ci ildə deputatların və Konstitusiya Məhkəməsinin kobud səhvləri nəticəsində cənab prezidentə və xalqa qarşı cinayət əməli kimi istifadə olunacaq bu qanundakı Konstitusiyada prezident səlahiyyətlərinə aid olmayan və beynəlxalq hüquqa zidd bu bəndlər, fərmanla qəbul olunan Dövlət Proqramı üçün İcra Hakimiyyətinə fərdi özəlləşdirmə qaydası (Konstitusiyaya Tam Zidd ), mülkiyyət əmlak bölgüsü, qiymətli kağızların dövriyyəsi, alqı-satqısı qaydası, qiymətinin müəyyənləşdirilməsi və s. hüquqları verməklə, bu gün cənab prezidenti aldadan oliqarx məmurlar həm prezidenti xalqa qarşı qoymağa, həm də bütün cinayəti və məsuliyyəti prezidentin üstünə atmağa çalışırlar. Özəlləşdirmə çekləri qiymətli kağızlar olduğuna görə, Mülki Məcəllə ilə mülkiyyət hüququna malik olması təsdiqlənir. Mülkiyyət hüququ istifadə, sahiblik və sərəncam vermək kimi sahələri ancaq qanunla tənzimləyir. Yəni bunların dövriyyəsi və dövriyyədən çıxarılması ancaq qanunla baş verə bilər. Deməli, fərmanla tənzimlənmə Konstitusiyaya və Qanunlara ziddir, Konstitusiyanın 109 maddəsində əmlaklar və qiymətli kağızların dövriyyəsinin tənzimlənməsi prezidentin səlahiyyətlərinə aid deyil. Ümumilikdə Özəlləşdirmə Proqramı Əmlak bölgüsü (Miras Əmlak Payı) və mülkiyyət hüququ ilə əlaqədar olduğundan Özəlləşdirmə Proqramı da ancaq qanunla tənzimlənməlidir. Dövlətin iqtisadi, sosial siyasəti Konstitusiyaya uyğun və qanunlarla tənzimlənir.

Milli Məclis 2000-ci ildə Özəlləşdirmə Qanununda Konstitusiyaya zidd olaraq qanunla tənzimlənməli olan səlahiyyətləri İcra Hakimiyyətinə verir. Deputatların, Konstitusiya Məhkəməsinin və hüquq ekspertlərinin səhvləri:

5.1. Müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur. 5.2.2. dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi qaydası; 5.2.3. dövlət özəlləşdirmə paylarının (çeklərin) istifadə olunması qaydası; 5.2.4. özəlləşdirmə prosesində yerli və xarici investorların (alıcıların) iştirakı qaydası; 5.2.6. özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi qaydası; 16.2. Dövlət əmlakının hansı üsulla özəlləşdirilməsi bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 17.1. Özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini, (onun qalan hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə almaq hüquqları vardır. Həmin güzəştlərin verilməsi formaları və həyata keçirilməsi qaydaları Dövlət Proqramı ilə müəyyən olunur. Maddə 18. Dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi 18.2. Fərdi layihələr üzrə dövlət müəssisələrinin özəlləşdirilməsi qaydaları və bu qayda üzrə özəlləşdirilən dövlət müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 22.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. 29.1. Dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır.

https://www.facebook.com/groups/668471343515846/permalink/1587723841590587/

Əziz deputatlar, sizin sələflərin bu səhvlərini aradan qaldırmaq üçün təcili AR-nin Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevdən xahiş etməyinizi istəyirik ki, onun da sələfinin səhvlərinin cənab prezident üçün hansı ağır nəticələr verəcəyini bilərəkdən tez bir zamanda araşdırmalara başlanılsın və cənab prezidentə xəbər verilsin. Dövlət əmlakının özəlləşdirilməsinin hüquqi tənzimlənməsində Konstitusiya və qanunlara uyğun olmayan hallar aradan qaldırılmayana və araşdırmalar başa çatmayana qədər qeyri-qanuni özəlləşdirmə təcili dayandırılmalıdır. Özəlləşdiriləcək dövlət əmlaklarının ədalətli mülkiyyət bölgüsü və alqı-satqısı ancaq qanunla təsdiqlənmiş qayda ilə aparılmalıdır( 1-ci Dövlət Özəlləşdirmə Proqramı Qanunundakı Qayda ilə 15+50% ).

Tam ətraflı məlumatı və bütün hüquqi faktları buradan oxuyun:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

Bəs, baş nazir və nazirlərin bu cinayətlərdə əlləri varmı?

Baş nazir 20 ildir Özəlləşdirməyə Nəzarət üzrə Dövlət Komissiyasının əsasnaməsini qəsdən hazırlamayıb. ( bax: http://www.e-qanun.az/framework/12838) Əsasnamə olmadığına görə Komissiyanın sədri kimi özü və üzvləri olan nazirlər məsuliyyətdən kənarda qalıblar. Nəticədə bütün məsuliyyəti cənab prezidentin üzərinə atırlar. Baş Nazirin Mərkəzi Banka göstərişindən belə məlum olur ki, beynəlxalq hüquqa uyğun olaraq qiymətli kağızların alqı-satqısı və dövriyyəsi ancaq qanunla tənzimlənməlidir. Ulu Öndər Heydər Əliyevin dövlətçiliyə və xalqa olan münasibəti özünü özəlləşdirmə məsələsinə böyük həssaslıqla yanaşmasında öz əksini tapır. Xalqının qeyrətli oğlu kimi tarixi sosial ədalət prinsipini əsas tutaraq kapitalizmə dinc keçid üçün 1997-ci ilə qədər anadan olan bütün ölkə vətəndaşlarına bərabər mülkiyyət olmaqla, Miras Əmlak Payını dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri ilə verdi. 1997-ci ildə Əmlak Komitəsi hər Özəlləşdirmə Payına ( 4 çek) düşən dövlət əmlak ekvalentinin ən azı 2000$ olduğunu öz 222 N-li əmri ilə təsdiqlədi. Özəlləşdirmə prosesinin uzun müddət çəkə biləcəyini nəzərə alaraq, Ulu Öndər bu əmlak paylarını qanunla inflyasiyadan qorunan mülkiyyət payı kimi verdi ( 25 ildə ən azı 10 dəfə infilyasiyanı nəzərə alsaq, bu Miras Əmlak Dəyəri ən azı 20 000$ əmlak ekvalenti dəyərində səhm deməkdir). Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi.

Ulu Öndər Heydər Əliyevin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir. Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq 35%-nin pulla satışını həyata keçirə bilər. Cənab prezidenti aldatmaqla, gələcəkdə vətəndaş qarşıdurması yaratmaq, xalqda hakimiyyətə və məmurlara qarşı nifrət, vətəndaşlarda və xarici investorlarda Konstitusiya, qanunlara və dövlətçiliyimizə inamsızlıq yaratmaq istəyən bəzi oliqarx məmurların yaratdığı belə durum tarixi sosial ədalət naminə vətəndaş müharibəsini qaçılmaz edir. Cənab prezident özü dəfələrlə deyib ki, dövlət olaraq ya biz Ulu Öndər Heydər Əliyevin Siyasətini davam etdirəcəyik, ya da məhvə doğru gedəcəyik.

Ulu Öndər Heydər Əliyevin 100 illik Yubileyi ərəfəsində xahiş edirik ki, Ümummilli Liderin dövlətçilik ənənəsinə və adına ləkə gətirə biləcək səhvləri tezliklə aradan qaldırasınız. Bəlkə kimsə özünü Ulu Öndər Heydər Əliyevdən güclü siyasətçi sayır?! Bəlkə kimsə dövlətçiliyi Ulu Öndər Heydər Əliyevdən çox bilir?! Bəlkə kimsə Ulu Öndər Heydər Əliyevin dövlətin hətta ən kasıb vaxtında xalqa miras əmlak payı vədinin – qanunla qoyulmuş 15+50% kimi bölüşdürülməsi qaydasının yanlış olduğunu əsaslandırıb?! Hansı məmurlardır özünü Ulu Öndər Heydər Əliyevdən üstün sayanlar, Ulu Öndər Heydər Əliyevin xalqa, vətəndaşlara qanunla vəd etdiyi miras əmlak payını öz dədəsinin malı hesab edənlər?! Kimlər Ulu Öndərin siyasətinin və tarixi ədalət ideologiyası prinsipinin, xalqa miras əmlak payı vədinin, Konstitusiya və qanunların əksinə mövqe tuturlarsa, deməli cənab prezidentin, xalqın və dövlətin DÜŞMƏNLƏRİDİR!

Xahiş edirik ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində 7 mart 1995-ci il tarixində Prezident Sarayında baş tutan, Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə Ulu Öndər Heydər Əliyevin xalqa vədini oxuyun və əməl edin!

https://millitribuna.az/blog/prezident-sarayinda-ulu-ond%C9%99r-heyd%C9%99r-%C9%99liyevin-xalqa-v%C9%99di/?fbclid=IwAR0VLcxfIF21BVkM8lbIjEFpPpjJViz5ybVNlGoQZq3a97SR3xYO8ZupXsU

İndi pullu məmurlar, qohumları və xarici şirkətlər tərəzinin bir tərəfindədir, Ulu Öndər Heydər Əliyevin vədinə, Konstitusiya və qanunlara, Dövlətə inanaraq özəlləşdirmə çeklərini 25 ildir ümidlə saxlayan sadə vətəndaşlar isə başqa tərəfdədir. Deputatlardan ixtisasca hüquqşünas olanlar bu hüquqi problem barədə bütün 125 deputata düzgün məlumat verməli, hüquq və vəzifələrini düzgün icra edərək təcili Komissiya yaradılmalıdır.  Dövlətçiliyimizə tarixdə qara ləkə kimi qalmasın deyə indi günahkar axtarmaq vaxtı yox, problemi və səhvləri tez bir zamanda Ulu Öndərin 100 illik yubileyinə qədər həll etmək vaxtıdır.

Sizdən xahiş edirik ki, təcili Konstitusiya Məhkəməsinə müraciət edərək özəlləşdirmə çekləri barədə qanunda olan səhvləri aradan qaldırasınız. Ulu Öndərin və dövlətin tarixi ədalət siyasətini pozan qanunsuz cinayətkar özəlləşdirmənin təcili dayandırılması təklifini verəsiniz. Vətəni Vətən, dövlət edən daş-torpaq deyil, vətəndaşın hüququ və borcudur. Dövlətin də borcu vətəndaşların hüquqlarını qorumaqdır.

Hörmətlə, Ulu Öndərin vədinə və dövlətimizə inanıb, özəlləşdirmə çeklərini satmayan ailələr

https://www.facebook.com/groups/668471343515846/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki