image-qanunla-reklam
image-media-ulu-onder-heyder-eliyev-etqp35jyslkowciv2z40

Ölkəmizin yeni tarixi: Ulu Öndərin doğma Vətənə qayıdışı

image-lady-day-az

Ölkəmizin yeni tarixi: Ulu Öndərin doğma Vətənə qayıdışı.

1990-1993-cü illər Heydər Əliyevin vətən naminə mübarizə yolunda xüsusi yer tutur. Həmin dövr Azərbaycanın tarixində “olum, ya ölüm” mübarizəsi dövrü idi. Moskvanın idarə etdiyi xəyanətkar rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində, doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi. Bununla Heydər Əliyevin başçılığı ilə Azərbaycan xalqının qurtuluş mübarizəsi başlandı. Dahi siyasətçi xalqının ağır günündə Kremlin təqiblərindən yaxa qurtarıb 1990-cı il iyulun 20-də vətənə döndü. Böyük dövlət xadimi Bakıya gəlişindən iki gün sonra – 1990-cı il iyulun 22-də doğulduğu Naxçıvana pənah aparmalı oldu. Heydər Əliyev Naxçıvanda bütün Azərbaycanın qurtuluş mübarizəsini davam etdirdi.

1993-cü ilin iyununda – Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq ayrı-ayrı silahlı dəstələr hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi. Atışma səslərindən camaat evində rahat yata bilmirdi. Faktiki olaraq dövlət yox idi. Ölkəni xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə hərəkət edən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı. İdarəçilik sükanı sahibsiz qalmışdı. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə açıq idi. Ulularımızın müqəddəs əmanəti olan Vətən torpaqları hərraca qoyulmuşdu. Azərbaycan xarici aləmdəki olan-qalan nüfuzunu da tamamilə itirmişdi. Xalq ümidsizlik və təlaş içərisində idi. Bax bu fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri Heydər Əliyev idi. Müdrik xalqımız o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı – dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Məhz o zaman – 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı fəlakət uçurumuna yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Bahar Qurbanova

 

 

Əlamətdar hadisə.

Dövləti olmayan xalq ölümə məhkumdur. Azərbaycan dövləti bizim “olum, ya ölüm” məsələmizdir. Ulu öndərin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir. Qurtuluş deməkdir!. 1993-cü ilin iyun günlərində müstəqil Azərbaycan dövlətinin məhv olmaq təhlükəsi yarandıqda xalqımız qəti hərəkət edərək dövlətimizin idarə olunmasını müdrik siyasətçi Heydər Əliyevə etibar etdi. Beləliklə, ümummilli lider Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başladı. Onun Azərbaycanın rəhbərliyinə qayıdışı 1993-cü il iyunun 15-də oldu. Həmin gün o, Azərbaycan Respublikası Parlamentinin Sədri seçildi. Bir neçə aydan sonra isə Heydər Əliyev ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti oldu.

Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyə qayıdan kimi, dərhal, bir neçə son dərəcə müdrik və cəsarətli tədbir gördü. Yurdumuzda vətəndaş müharibəsi qorxusunu aradan qaldırdı. Xalqımız rahat nəfəs aldı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb müstəqil dövlətimizi yox etmək planları pozuldu. Ulu öndərin bir sözü belə böyük bir problemin həlli üçün kifayət idi. Biz “Talış-Muğan Respublikası” ilə bağlı hadisələrdə bunu gördük. Bir bəyanat kifayət etdi ki, xalq həmin prosesin qarşısını alsın.

Dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı ilə dövlətimizin idarəçilik sükanı təcrübəli, müdrik, uzaqgörən dövlət xadiminin əlinə keçdi. Beləliklə, xalqımızın tarixində yeni bir dövr başlandı. Bu dövrün başlanğıcı – 1993-cü ilin 15 iyun günü tariximizə Qurtuluş Günü kimi daxil oldu. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdan kimi dahi bir strateq olaraq ermənilərin və onların bütün dünyadakı havadarlarının gücünü, ölkəmizin azad yaşamasını istəməyən böyük dövlətlərin planlarını, Azərbaycanımızın düşdüyü ağır vəziyyəti düzgün qiymətləndirdi. Dərindən ölçüb-biçdi. Götür-qoy etdi. Ağır vəziyyəti nəzərə alaraq cəbhədə atəşin kəsilməsinə nail oldu. Böyük rəhbərin səyi nəticəsində Azərbaycanda əmin-amanlıq yarandı. Bu isə xarici dövlətləri, sahibkarları, firmaları, şirkətləri ölkəmizə maliyyə vəsaiti qoymağa həvəsləndirdi. Əvvəllər Azərbaycanda əmin-amanlığın olmayacağından ehtiyat edərək bura vəsait qoymaq istəməyən xarici sahibkarlar, şirkətlər, firmalar ölkəmizə axışmağa başladılar. 1994-cü il sentyabrın 20-də xarici dövlətlərin iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlanan neft müqaviləsi imzalandı. Bunun ardınca digər müqavilələr də bağlandı. Müstəqilliyimiz möhkəmləndi.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki