Nəticəyönlü dövlət siyasəti.
Cənab İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 15 oktyabr 2003-cü il tarixindən 20 il keçir. 20 il hər bir vədə sadiqliyin, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin təqdimatıdır. Bu gün qürurla qeyd edirik ki, Prezident İlham Əliyev təkmil islahatları, yeniliyə, müasirliyə əsaslanan siyasəti ilə Azərbaycanı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəldib. Onun şah əsəri olan müasir müstəqil Azərbaycan son üç ildir ki, qalib ölkə kimi dünyanın diqqətindədir. Ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpası Ümummilli Liderin ən böyük arzusu idi. Hər bir hədəfə nail olmaq üçün səylərin artırılması, hərtərəfli hazırlıq işlərinin görülməsi vacib faktordur. Cənab İlham Əliyev Ümummilli Liderin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışına uyğun olaraq öncə iqrisadi müstəqilliyimizin möhkəmləndirilməsini prioritet məsələ kimi qarşıya qoydu. Belə ki, dövlət başçısı İlham Əliyev hələ 2003-cü ildə jurnalistlərə ilk müsahibəsində “İlk növbədə Sizdən hansı addımları gözləyəcəyik ki, iqtisadiyyatın inkişafı üçün bunlar zəruridir” sualına çavabında bildirmişdir ki, hər şey iqtisadiyyat üzərində qurulub. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Artıq bu istiqamətdə çox böyük işlər görülüb. Bu hədəfi də açıqlamışdır ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Bazar iqtisadiyyatı davam etdiriləcək. Sahibkarlar sinfi yaranacaq. Özəl sektorun fəaliyyəti nəticəsində Azərbaycanın büdcəsi artacaq, yeni iş yerləri açılacaq. Bu mühüm məqam, çağırış da diqqətə çatdırıldı ki, bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss etsin. ölkəmiz iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla hər bir sınaqdan uğurla çıxmasını təmin etdi: “Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlu icrası Azərbaycanın qarşısında geniş imkanlar yaradır. Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görür. Regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə Regional inkişaf Proqramları təsdiqləndi və uğurla icra edilir. 3 Dövlət Proqramı icra edilib, dördüncü sənədin icrası bu il başa çatacaq. Regional inkişaf Proqramlarına uyğun olaraq mühüm infrastruktur layihələri həyata keçirilir. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin edir. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verir. Dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan rolu artır. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Cənub Qaz Dəhlizi layihəsinin əsas tərkib hissələri olan TANAP-ın və TAP-ın istifadəyə verilməsinə nail oldu. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Ümumilikdə Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir.
Zərdab rayon Gənclər və İdman sektorunun əməkdaşı-Ehtiram Osmanov
Dayanıqlı inkişafın təmin olunması Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioritetidir
Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Prezident cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz uğurlu inkişafına nail olub. Ötən dövr ərzində insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunması həyata keçirilən təkmil sosial-iqtisadi islahatların göstəricisidir. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu əməli addımları ilə təsdiqləyən cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST layihələrinin uğurlu icrasında da vətəndaş məmnunluğunun artırılması əsas hədəfdir.
Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Uğurlu siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Şəhidlərimizin qanı, canı bahasına, qazilərimizin qəhrəmanlığı, şücaəti ilə qazanılan Zəfərimizdən başlanan yolun hədəfi Qarabağımızı və Şərqi Zəngəzurumuzu cənnətə çevirmək, soydaşlarımızın Böyük Qayıdışını tam şəkildə reallaşdırmaqdır. Mərhələli şəkildə dogma yurd-yuvalarına qovuşdurulan soydaşlarımız 30 ilə yaxın dövrdə bu günü səbirsizliklə gözləyirdi. Dövlət başçısı İlham Əliyev hər zaman bu inamı ifadə edirdi ki, biz öz dogma torparlarımıza qayıdacaq, bu əraziləri dirçəldəcəyik. Azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Artıq xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevdən növbəti müjdəni gözləyir. Tezliklə tarixi ədalətə söykənərək Qərbi Azərbaycana da qayıdışımız təmin ediləcək. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan hər zaman gələcəyə baxır, nə vaxt, nəyi, necə emək lazımdır bunu bilir.
Zərdab rayon Gənclər və İdman sektorunun əməkdaşı-Əvəz Soltanov
Peşəkar siyasət.
Ulu Öndər Heydər Əliyev düz 20 il əvvəl Azərbaycan xalqına tarixi bir müraciət etdi. Müraciətdə müstəqil Azərbaycan dövlətinin daha da inkişafı və qüdrətlənməsi üçün önəmli məqamlar var idi: «Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm».Məhz Ulu Öndərin bu tarixi müraciətinə yekdilliklə səs verən Azərbaycan xalqı 2003-cü ilin oktyabrın15-də keçirilmiş prezident seçkilərində böyük səs çoxluğu ilə cənab İlham Əliyevə etimad göstərdi. Bununla da Azərbaycan xalqı əmin-amanlığın, inkişafın və sabitliyin tərəfində olduğunu nümayiş etdirməklə ölkəmizdə bu siyasətə alternativin olmadığını göstərdi.
Bəli, qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə… Bunlar qətiyyətli siyasətçi və müdrik Lider Prezident İlham Əliyevin son 20 ildə yaratdığı möhtəşəm reallıqlardır. Prezident İlham Əliyev bu 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Məhz bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 günlük Vətən savaşında son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Bəli, xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin «güclü dövlət» konsepsiyası ötən 20 ildə uğurla reallaşdı. Bu konsepsiyanın əsasını təşkil edən üç mühüm tendensiyanın- iqtisadi, siyasi, hərbi gücün yaradılması Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu.
Zərdab rayon Gənclər və İdman sektorunun əməkdaşı-Bahar Qurbanova
Həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə ölkəmiz regional və qlobal əhəmiyyətli aktora çevrilə bilib.
Prezident cənab İlham Əliyevin 20 illik hakimiyyəti dövründə ilk növbədə güclü iqtisadiyyat formalaşdırıldı. Məhz onun inqilabi xarakterli islahatları ilə Azərbaycan iqtisadi baxımdan qüdrətli dövlətə çevrildi. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirildi. Belə ki, 1994-cü ildə imzalanan «Əsrin müqaviləsi» ilə əsası qoyulan möhtəşəm neft strategiyası sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə çağdaş dünyanın istək və çağırışlarına, həm də milli mənafelərimizə uyğun davam etdirildi. Yəni, 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırıldı. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirildi. TAP layihəsi ilə bağlı işlər yekunlaşdı, həmçinin «Əsrin müqaviləsi» 2050-ci ilə qədər uzadıldı.
Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görüldü, Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verildi. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikildi. Bu gün Azərbaycan həm də dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə ilk telekommunikasiya peykimiz «Azerspace-1», 2014-cü ildə Yer səthini müşahidə edən «Azersky» peyki, 2018-ci ildə isə daha bir telekommunikasiya peyki – «Azerspace-2» orbitə çıxarıldı. Bütün bunlarla yanaşı, son 20 ildə ölkəmizdə ümumi daxili məhsul 3,5 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib, strateji valyuta ehtiyatlarımız 60 milyard ABŞ dollarını ötüb. Qeyri-neft sektorunun, kənd təsərrüfatının, metallurgiya sənayesinin, yüngül sənayenin inkişafı istiqamətində atılan mühüm addımlar da öz müsbət nəticəsini verməkdədir.
Prezident İlham Əliyevin möhtəşəm siyasi bacarığı Azərbaycan dövlətinin geosiyasi uğurlar qazanmasına da geniş imkanlar açıb. Bu gün dünyada güclü Azərbaycanla hesablaşan xarici qüvvələrin sayı xeyli çoxalıb. Çünki Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada da təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Bu səbəbdəndir ki, dünya Azərbaycanın sözünü eşidir, Prezident İlham Əliyevin beynəlxalq və regional təşəbbüslərinə həmrəyliyini ifadə edir.Təbii ki, yalnız işğalçı Ermənistan istisna olmaqla, bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirə bilib.
Son 20 ildə beynəlxalq təsisatlarla da səmərəli əməkdaşlıq əlaqələrinin qurulması ölkəmizin beynəlxalq imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edib. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Bu sıraya, həmçinin Türk Şurası, Müstəqil Dövlətlər Birliyi, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarla səmərəli əməkdaşlıq əlaqələri də daxildir.
Zərdab rayon Gənclər və İdman sektorunun əməkdaşı-Ehtiram Osmanov
Vətən Müharibəsi” Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı.
1994-cü ildə Azərbaycanla Ermənstan arasında atəşkəs əldə olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət ayırdığı sahələrdən biri ordu quruculuğu olmuşdu. Bu istiqamət Prezident İlham Əliyevin də güclü dövlət konsepsiyasının tərkib hissəsidir. Ona görə də son 20 ildə peşəkar hərbi qulluqçuların hazırlanması, ordunun maddi-texniki təminatının gücləndirilməsi istiqamətində bütün lazımi addımlar atıldı. İllər ötdükcə ordumuzun arsenalı dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müasir hərbi texnikalar ilə daha da gücləndirildi. Müxtəlif ölkələrlə hərbi əməkdaşlığa dair sənədlər imzalandı, hərbi qulluqçularımızın xarici dövlətlərdə müxtəlif təcrübə proqramlarında, kurslarda iştirakı təmin edildi. Xüsusilə, Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Bu, Azərbaycan Silahlı Qüvvələrini lazımi müasir silah və hərbi texnika ilə təmin etmək baxımından çox mühüm önəmə malik addım idi. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyada ən güclü 50 ordu sırasında yer tutur. Vətən müharibəsinə qədər Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş Aprel döyüşlərində qəhrəman ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı.
2020-ci ilin sentyabrın 27-də isə düşmən ölkəmizə qarşı növbəti genişmiqyaslı təxribat törətdi. Ali Baş Komandan bu təxribatları önləmək və erməni işğalına birdəfəlik soq qoymaq üçün «Hücum!» əmri verdi. Bununla da müdafiədən hücuma keçməklə cəbhədə hərbi üstünlüyü ələ aldıq. Ordumuzun başladığı əks-hücum əməliyyatı nəticəsində işğal altındakı torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. «Dəmir yumruq» əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik Vətən həsrətinə son qoydu. Prezident İlham Əliyevin «Bu gün beynəlxalq münasibətlərdə «kim güclüdür, o da haqlıdır» prinsipi üstünlük təşkil edir» fikri İkinci Qarabağ müharibəsində özünü tamamilə doğrultdu. Xüsusilə Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər günü kimi yazıldı. İşğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. 2023-cü ilin sentyabrın 19-da isə Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda başlatdığı lokal antiterror tədbirləri ilə Xankəndidəki separatçı və terrorçu xuntanın varlığına birdəfəlik son qoyuldu. Ən qürurverici hadisə isə separatçıların qaniçən rəhbərlərinin qandallanaraq Bakıya gətirilməsi oldu. Bununla da 30 ildir doğma Qarabağımızda soyqırımı törədənlərə tarixi dərs verilmiş oldu.
Beləliklə, Prezident cənab İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı. Ən başlıcası isə güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı. Bir sözlə, Ali Baş Komandanımız 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.Bu gün Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsi Azərbaycan dövlətini daha da gücləndirmək, Azərbaycan Bayrağını ən uca zirvələrdə dalğalandırmaqdır. Ona görə də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurdakı böyük tikinti-quruculuq işləri, məcburi köçkünlərin öz doğma yurdlarına Böyük Qayıdışı 44 günlük tarixi Zəfərimizin sosial-iqtisadi istiqamətdəki davamıdır.
Zərdab rayon Gənclər və İdman sektorunun əməkdaşı- Əvəz Soltanov